Paris dəhşətinin 1 NÖMRƏLİ şübhəlisi bəlli oldu - BELÇİKA VƏTƏNDAŞI

Paris dəhşətinin 1 NÖMRƏLİ şübhəlisi bəlli oldu - BELÇİKA VƏTƏNDAŞIFransanı qan gölünə çevirən terrorun bir nömrəli şübhəlisinin Suriyaya qaçdığı bildirilir
Parisdə Fransa tarixinin ən qanlı terrorunu törədənlərin şəxsiyyəti müəyyənləşib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, şəhəri qana bulayanların kimliyi ortaya çıxdıqca, bu terrorun əsas təşkilatçısının şəxsiyyəti də aydınlaşıb.
Fransız polisi o şəxsin adını açıqlayıb: Abdelhamid Abbaoud

Fransalı rəsmilər bildirib ki, teraktların “beyni” belçika vətəndaşı olan Abdelhamid Abbaouddur və Parisdəki qanlı əyləmlərin əmrini o verib. Polis terrorun bir nömrəli şübhəlisinin hələ yaxalanmadığını və böyük ehtimalla Suriyaya qaçdığını bəyan edib.

Fransa prokurorluğu isə terakt iştirakçılarından birinin daha əvvəl terrorçuluqla ittiham edildiyini açıqlayıb.


Bu saata qədər Paris terroruna görə ölü və ya diri ələ keçirilən terrorçular bunlardır:

Salah Abdeslam, 26 yaş - axtarışdadır
Mohammed Abdeslam - Belçikada həbs edilib
Brahim Abdeslam, 31 yaş - Volter Bulvarında özünü partladıb
İsmail Ömər Mostefai, 29 yaş - Bataklan konsert salonunda öldürülüb
Bilal Hadfi, 20 yaş - “Stade de France” stadionunda ölürülüb
Sami Amimour, 28 yaş - Bataklan öldürülüb
Əhməd əl Muhammed – “Stade de France”da özünü partladıb
Abdelhamid Abbaoud - hazırda Suriyada olduğu ehtimal edilir

Daha 4 nəfər terrorçu isə polislə toqquşma zamanı öldürülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər