Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur

Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur

















Sevinc Azərbaycana qayıtmaq istəmir

29 yaşlı Sevinc İsmayılova əslən Azərbaycandandır. Türkiyəyə 8 il əvvəl gəlib. Türk vətəndaşlığını aldıqdan sonra Sevinc Atakay soyadını alıb.

Bakuxeber.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Başiskelədə yaşayan Sevinc Atakay iki uşaq anasıdır.

Hal-hazırda ərindən ayrılmaq ərəfəsindədir, eyni zamanda ailə üzvləri ilə problemləri var. Ona qarşı cinayət işi açılıb.

O, xalasını təhqir etməkdə ittiham olunur. Məhkəmənin qərarı ilə 6 ay 7 gün həbs cəzası alıb. Bu qərarla bərabər Türkiyə Cümhuriyyəti vətəndaşlığından da məhrum edilib. Vətəndaşlıqdan məhrum edilməyə dair rəsmi məlumatı bu günlərdə alıb.

Sevinc Atakay bildirib ki, vətəndaşlıqdan çıxarılması haqqında rəsmi açıqlamada onu terrorla əlaqəsi olmaqda ittiham edirlər.

Bununla əlaqədar Sevinc Atakay bunları söyləyib:

“Mənə təkrarən 2 il yaşama icazəsi verilib. Mən Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq seçkilərdə səsvermə hüququmdan istifadə etmişəm. Əvvəllər məhkum olunmamışam. Ortada heç bir mühüm məsələ yoxdur. Xalamla münaqişəmiz olub. Təhqir ittihamı ilə iddia irəli sürülüb. Bütün məsələ bundan ibarətdir. Mən Türkiyə Cümhuriyyəti vətəndaşı qalmaq istəyirəm”.

Sevinc Atakay məhkəmənin qərarı ilə əlaqədar Anayasa Məhkəməsində apellyasiya işi açacaq. Azərbaycana geri qayıtmaq istəməyən S.Atakay lazım gələrsə Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyini bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər