Parisdə terror aktını törədənlərdən biri fransız çıxdı

Parisdə terror aktını törədənlərdən biri fransız çıxdıŞəxsiyyəti müəyyən olunan digər terrorçu isə suriyalıdır


Fransanın güc strukturları Parisdə terror aktını törətməkdə şübhəli bilinən 7 terrorçudan 2-nin şəxsiyyətini müəyyən edib

Lent.az-ın lenta.ru-ya istinadən məlumatına görə, bu barədə "Europe1" radioistansiyasının “Tvitter”dəki bloqunda məlumat verilib.
Şəxsiyyəti müəyyən edilən terrorçulardan biri fransız çıxıb. Digər isə suriyalıdır.

“Stad de France” stadionu yaxınlığında özünü partladan canlı bombalardan birinin üzərindən isə Suriya pasportu tapılıb. Hüquq mühafizə orqanları hazırda bu sənəd əsasında cinayətkarın şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. Lakin onun qalıqları bu prosesi həyata keçirməyə çətinlik yaradır.

Parisdəki terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Onlar bəyan ediblər ki, rəsmi Fransa Suriyanı bombalamağa son verməsə, terror aktları davam edəcək.

Onu da qeyd edək ki, bu hadisədən bir neçə gün əvvəl Bavariyadan Parisə gedən 51 yaşlı Çernoqoriya vətəndaşı saxlanılıb. Axtarış zamanı onun avtomobilindən çoxlu sayda silah-sursat, bir neçə kq partlayıcı aşkar edilib. Güman edilir ki, bu şəxs Fransada terror aktını törədənlərin ortağı olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников