Türkiyədə İŞİD üzvləri həbs edilib

Türkiyədə İŞİD üzvləri həbs edilibTürkiyə ərazisində İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatına qarşı həyata keçirilən antiterror əməliyyatları davam etdirilir. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Kilis bölgəsində Suriyadan Türkiyə ərazisinə keçən altı İŞİD üzvü saxlanılıb.
Gaziantepdə isə İŞİD-ə qarşı keçirilən antiterror əməliyyatı zamanı axtarış aparılan bir evdə bomba partlayıb. Nəticədə beş polis yaralanıb. Partlayış olan evdə 2 qadın saxlanılıb, 3 azyaşlı isə aidiyyəti qaydada hökumət qurumlarına təhvil verilib.
Türkiyə Silahlı Qüvvələri isə İraqın şimalında PKK-ya məxsus 44 düşərgəni bombalayıb. Həmin ərazilərdəki terrorist düşərgələrindən qaçan 10 terrorçu Türkiyə tərəfinə təslim olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər