Səfirlikdən Fransada yaşayan azərbaycanlılara müraciət

 Səfirlikdən Fransada yaşayan azərbaycanlılara müraciətParisdə baş vermiş terror aktları ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.

APA-nın məlumatına görə, müraciətdə bildirilir:

“Təcili: Fransada yaşayan azərbaycanlıların diqqətinə:
13 noyabrda Parisdə baş vermiş terror aktları nəticəsində hansısa həmvətənimizin zərər çəkməsi barədə kiminsə hər hansı məlumatı varsa, dərhal Azərbaycanın Fransadakı səfirliyinə telefonla müraciət etməsi xahiş olunur:

01 44 18 60 20 / +33 1 44 18 60 20

və ya Facebook səhifəmizə yazsın : https://www.facebook.com/azambassade.fr/".

Qeyd edək ki, bundan əvvəl Parisdə baş vermiş terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmadığı barədə məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, bu barədə Azərbaycanın Parisdəki səfirliyinə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər