Abel Məhərrəmovevindədir, əhvalı pisdir, medianı izləmir

Abel Məhərrəmovevindədir, əhvalı pisdir, medianı izləmir














Ölkə gündəminin baş mövzularından biri Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edilən Abel Məhərrəmovdur.

Cahan.info-nun əldə etdiyi məlumata görə, sabiq rektor hazırda evindədir, əhval-ruhiyyəsi yaxşı deyil, medianı izləməməyə çalışır.

Çünki yayılan informasiyalar onun əsəblərinə daha da pis təsir edir. Vaxtını ailəsi ilə keçirən A.Məhərrəmov ölkədən çıxışına risk eləmir. Güman edir ki, stop qoyula bilər.

Ölkədən getmək istəməsi məqsədi isə sakitliyə çəkilməkdir. Ancaq onu çətin buraxsınlar. Hazırda BDU ilə bağlı araşdırmalar aparılır.

Universitetin mətbuat katibi Pərvanə İbrahimova məlumatı təkzib edib: “Bir sıra saytlarda universitetin giriş-çıxışının bağlanması, qapıların möhürlənməsi və yoxlamaların aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda universitetdə hər şey qaydasında davam edir”.

Yayılan məlumatda vurğulanıb ki, yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər.

Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi kimi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarət olduğu göstərilib.

Bu arada İspaniyada dini mövzuda keçirilən tədbirlə əlaqədar səfər zamanı təyyarəyə şərab çəlləkləri yüklətməsi, Madriddə oteldə içkili vəziyyətdə dava-dalaş salması və daha sonra dövlət başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edilməsi ilə gündəm olan Abel Məhərrəmovun təmsil olunduğu hakim Yeni Azərbaycan Partiyasında (YAP) gələcək taleyi maraq doğurur.

BakuPost-un bu istiqamətdə araşdırması maraqlı məqamları ortaya çıxarıb. A.Məhərrəmov YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Siyasi Şura və İdarə Heyəti qurultaydan sonra partiyanın əsas rəhbər orqanlarıdır.

Siyasi Şura qurultay, İdarə Heyəti isə Siyasi Şura tərəfindən formalaşdırılır. Sabiq rektor həm də YAP Yasamal rayon təşkilatının Şura üzvüdür.

Cahan.info sayta istinadla yazır ki, partiya Nizamnaməsinə əsasən partiya üzvü partiyanın nüfuzu qayğısına qalmalı, partiya intizamına riayət etməlidir.

Nizamnamənin 7-ci maddəsinə əsasən, partiyanın üzvləri bu Nizamnamənin müddəalarına əməl etməyə və onun rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə borcludurlar. Sözsüz ki, A. Məhərrəmov son davranışı ilə tələb pozub.

Bu tələblər yerinə yetirilmədikdə, ilk partiya təşkilatı və partiyanın digər rəhbər orqanları tərəfindən onların haqqında partiya üzvlüyündən azad edilməyə qədər intizam tədbirləri görülə bilər.

Ancaq A.Məhərrəmovla bağlı bu məsələdə incə nüans var. Məsələ ondadır ki, Nizamnamənin 8-ci maddəsinə əsasən YAP üzvünün partiyadan xaric edilməsi haqqında qərar ilk partiya təşkilatı tərəfindən qəbul olunur.

İlk təşkilatın qərarı rayon (şəhər) təşkilatlarının İdarə Heyəti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Lakin yuxarı partiya orqanlarına seçilmiş YAP üzvləri ancaq həmin orqanların razılığı ilə partiyadan xaric oluna bilər.

Rayon (şəhər) partiya təşkilatının Şura üzvlərinin partiyadan xaric edilməsi haqqında qərar YAP İdarə Heyətində təsdiq olunmalıdır.

A.Məhərrəmov YAP Siyasi Şurasına qurultay tərəfindən seçilib. Deməli, Siyasi Şuranın sabiq rektoru partiyadan xaric etmək səlahiyyəti yoxdur.

Partiyanın növbəti qurultayında onun haqqında belə bir qərar qəbul edilməsinə gəlincə, Nizamnaməyə əsasən partiyanın qurultayı 4 ildən bir keçirilir.

Partiyanın son qurultayı isə bu il fevralın 8-də keçirilib.

Düzdür, zəruri hallarda Siyasi Şuranın və ya partiya üzvlərinin üçdə birinin tələbi ilə növbədənkənar qurultay çağırıla bilər.

Ancaq akademikin partiyadan xaric edilməsi üçün qurultay çağırılması inandırıcı sayılmır. İndiki halda gözlənilən addım A. Məhərrəmovun istefa ərizəsi ilə müraciət etməsidir.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovsualı dinləsə də, hazırda iclasda deyərək suala cavab verməkdən yayınıb.

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevdə isə A. Məhərrəmovun istefa ərizəsi ilə partiyaya müraciət etməsi barədə məlumat yoxdur.

“Yeni Müsavat”a daxil olan məlumata görə, iki gün əvvəl eyni vaxtda hüquq-mühafizə orqanları da daxil olmaqla, bir neçə qurum BDU-da yoxlamalara başlayıb.

Mənbə bildirib ki, A.Məhərrəmovdan dərhal sonra prorektorların da işdən uzaqalaşdırılmasına səbəb bu yoxlamalardır. O da məlum olub ki, A.Məhərrəmovun “İspaniyadakı macəraları” haqda 15 noyabrda günün birinci yarısında Prezident Administrasiyasına dəvət edilən Qafqaz Müsəlmanları İdarəsinin sədrini dinləyiblər.

Bu görüşdən dərhal sonra da A.Məhərrəmovla bağlı məlum sərəncam elan olunub. A.Məhərrəmovun içkinin təsiri altında həddini aşması, “universiteti ayağa qaldırmaq” təhdidi və gec saatlarına baxmayaraq, hörmətli Şeyxi narahat etməsi rektorun sonunu gətirib.

Mənbə deyib ki, A.Məhərrəmovla məclis qurduğu deyilən adını çəkmək istəmədiyimiz bir deputat da PA-da rəhbərlik səviyyəsində ciddi danlanıb.

Adı çaxır biznesində hallanan A.Məhərrəmovun İspaniyadakı səfir oğlunun taleyinə gəlincə, Azərbaycan Xarici İşlər Nazirliyi məlum qalmaqalla bağlı hələ mövqe bildirməyib.

Amma səfir Anar Məhərrəmovdan da baş verənlərlə bağlı yazılı izahat alınıb. Gözlənilir ki, yaxın günlərdə onun da diplomatik fəaliyyətinə son veriləcək.

A.Məhərrəmova bundan sonra XİN-də “xırda iş” veriləcəyi barədə də iddialar var. Yeri gəlmişkən, sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar.

Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Digər qardaşı Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər