Sunay Vəliyev Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edir

Sunay Vəliyev Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edir


Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Sunay Vəliyev Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edir


Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də “Laçın” Ticarət Mərkəzinin sahibi Sunay Vəliyev edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Sunay Vəliyev Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

Sunay Vəliyev 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Laçın” Ticarət Mərkəzinin sahibi Sunay Vəliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.

Bir çox şəxlər də var ki, bu işi özünə Vətən borcu kimi bilir və Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edirlər. Onlardan biri də “Laçın” Ticarət Mərkəzinin sahibi Sunay Vəliyevdir.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim “Laçın” Ticarət Mərkəzinin sahibi Sunay Vəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir.

“Laçın” Ticarət Mərkəzinin sahibi Sunay Vəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Sunay Vəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Laçın” Ticarət Mərkəzinin sahibi Sunay Vəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər