"Facebook” Parisdəki terror aktları ilə bağlı xüsusi funksiya yaratdı

"Facebook” Parisdəki terror aktları ilə bağlı xüsusi funksiya yaratdı“Facebook” sosial şəbəkəsi Parisdəki terror aktları ilə bağlı xüsusi funksiyanı işə salıb.

İKT.lent.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, “Facebook” öz saytına Parisdə yerləşən istifadəçiləri üçün təhlükəsiz yerdə yerləşdikləri və ya Fransa paytaxtında baş vermiş terror aktından xəsarət aldıqları barədə məlumat verə bilmələri ilə bağlı xüsusi səhifə əlavə edib.

Digər istifadəçilər hər hansı dostunun təhlükəsiz zonada yerləşdiyini yoxlaya biləcəklər. Bu funksiya fəlakət bölgəsində olan dostlardan tez bir zamanda lazımlı məlumatın alınmasını və onlarla əlaqə saxlanılmasını təklif edir. Əgər siz onların təhlükəsiz yerdə olduqlarını bilirsinizsə, xəbər verməlisiniz.

Bundan başqa, “Facebook” təhlükəsizliyinin yoxlanılması” çərçivəsində yaradılmış səhifədə Fransa paytaxtı baş verən terror aktı ilə bağlı qısa məlumat və İl-de-Frans bölgəsinin xəritəsi yerləşdirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər