Paris terroru haqda

Paris terroru haqdaHacı Şahin Həsənli yazır

Cümə günü Avropanın qəlbində ardıcıl baş verən terror hadisələri radikallığın əlinin nə qədər uzun olduğunu göstərdi. Bu faciədə günahsız insanların təlafatı nə qədər acı olsa da, hadisənin gözlənilən nəticələri daha da ağır ola bilər. Zorakılıq zorakılıq doğacaq. Qətl və terror maşını yeni güclə və yeni ərazilərdə işə salındı. Xüsusən Avropada müsəlman miqrantları və qaçqınları ilə bağlı yaşanan problemləri nəzərə alsaq, nələrin baş verə biləcəyini təsəvvür etmək belə dəhşətlidir. Lakin bütün bu qisas və zorakılıq eyforiyasında ən faciəlisi odur ki, hadisənin əsas səbəbləri unudulacaq, diqqət problemin həlli əvəzinə münaqişənin eskalasiyasına yönələcək.

Təbii ki, dünyanın harasında olursa olsun, cinayət cinayətdir, insan faciəsi faciədir. Hər gün terror və radikal cərəyanların “cihadı” sayəsində neçə-neçə talelər qırılır, insanlıq daha dərin zorakılıq bataqlığına yuvarlanır. Bu gün biz müsəlmanlar qədər sadə fransızları anlayan, onların acısına acıyan ikinci xalq yoxdur bəlkə də. İllərdir müsəlmanlara qarşı başlayan yeni səlib yürüşü müsəlman xalqların həyatını dünyanın hər yerində ağrı-acıya çevirib. Vətənlərində etno-konfessional münaqişələrdən əziyyət çəkənlər, xaricdə islamofob ruhiyyənin qurbanlarına çevirirlər. Biz müsəlmanlara o qədər terrorçu damğası vurdular ki, axırda hətta bəzilərimiz buna inanmağa başladıq. “Bu həqiqi İslam deyil” kəlməsi də artıq öz dəyərini itirirb. İnsanlar həqiqtəin harada olduğunu müəyyən etməyə belə acizdirlər. Fransada baş verən olay, bu baxımdan, bir fürsətdir. Vəziyyətdən baş açmağa, hadisələrin axarını dəyişməyə bir fürsət. Əks təqdirdə 11 sentyabr olayları kimi 13 noyabr terroru da yeni səlib yürüşülərinə növbəti bir təkan verəcək.

Bu hadisədə maraqlısı budur ki, terror hadisəsi dünyanın ünlü siyasətçilərindən, Avropa liderlərində biri olan Fransa prezidenti Ollandın iştirak etdiyi tədbirdə baş verib. İŞİD rəhbərliyi: “Biz suriyalı qaçqınlar arasında öz adamlarımız Avropaya göndərəcəyik”, - mesajından sonra Avropanın təhlükəsizlik orqanlarının bu qədər diqqətsizlik göstərməsi düşündürücü amildir. Düşünməyə vadar edən digər amil, bu hadisələrin acınacaqlı vəziyyətdə olan müsəlman qaçqınların Avropada sığınacaq almaq cəhdi fonunda baş verməsidir. Olmaya dünyanın bütün diqqəti müsəlmanların faciəsinə yönəldiyi bir anda, bu terror Qərbin hərbi müdaxilələrinə legitimlik qazandırmaq cəhdidir? Əslində bu siyasət yeni deyil. İslam radikalizmi adlı bir olay hələ XVIII əsrdə ingilislər tərəfindən Osmanlı İmperiyasını daxildən parçalamaq məqsədilə yaradılmışdı. Bu siyasət öz bəhəsini də verdi – Ərəbistan Osmanlıdan ayrıldı və faktiki İngiltərənin müstəmləkəsi halına düşdü. Ötən əsrin ikinci yarısında ərəb ölkələri sosialist və kapitalist düşərgə arasında qaldıqda İslam radikalizmi yeni güclə meydana gəldi. Nəticədə, ərəb sosialist hərəkatları, xüsusilə nasirizm ciddi zərbə aldı və Qərbin Yaxın Şərqdəki maraqlarına yaranan təhlükə sovuşdu. Eyni ssenari Əfqanıstandan SSRİ-nin çıxarılması üçün tətbiq olundu – Taliban yaradıldı. İslam dünyası nisbətən sabit dövrə qədəm qoyduqda və müstəqil siyasət barədə düçünməyə başladıqda Bin Laden timsalında əl-Qaida təhlükəsi yarandı. 11 sentyabr hadisələri Qərbin Əfqanıstana və İraqa hərbi müdaxiləsinə bəraət qazandıran bir hadisəyə çevirildi. Nəhayət, 2010-cu ildən başlayan ərəb baharı, yəni ərəblərin Qərb tərəfindən sırıdılan rejimlərə qarşı üsyanları, İslam radikalizminin yeni və daha böyük dalğasına səbəb oldu. Artıq nə İslami Cihad, nə Taliban, nə Əl-Qaidə meydanda yoxdur. Onları daha böyük və daha təhlükəli qurum əvəz etdi – İraq-Şam İslam Dövləti. İraqla Suriya ərazisində radikalların yaratdığı bu təşkilat tam bir dövlət kimi qəbul oluna bilər – öz hökuməti, ordusu, hüquq sistemi, iqtisadiyyatı. Neft satışı ilə məşğul olan İŞİD müasir dünya iqtisadiyyatının oyunçularından birinə çevirib. Sual yaranır bu nefti onlardan kim alır, silahla onları kim təmin edir, bu qədər döyüşçü dünyanın dörd bir tərəfindən ora necə gedir?

Bu gün İŞİD İslam radikalizimin ən başlıca tərənnümdür. Bu sadəcə olaraq xilafət xülyası ilə yaşayan bir dəstə cani yığınağı deyil. Bu siyasi sərhəd tanımayan ideologiya, mənəvi və siyasi prinsipləri tapdalayan, kompromisə getməyən bir canavar, hər birimizin evinə əli çatan bir yırtıcıdır. Bəlkə də, onu yaradanlar düşünürdülər ki, İŞİD vəhşiliyi müsəlmanların gözündə Qərb hegemonluğunu alternativsiz göstərəcək. Lakin, bir çox hallarda olduğu kimi, Qərb səhvə yol verdi. Xilafət qurmaq arzusu bir çoxlarına Amerika xülyasından daha cəlbedici göründü, özü də elə Qərbin özündə. Bu gün İŞİD ilk öncə Qərbin regiondakı müttəfiqlərinə təhlükə yaradır. Xilafət quruculuğu fonunda baş verən məzhəb ixtilafları necə deyərlər, qaşınmayan yerdən qan çıxartdı. Bu gün İŞİD-ə hamıdan çox nifrət bəsləyən müsəlmanlar üçün Qərbə alternativ olan yeni qəhrəmanlar meydana çıxdı. Bu qəhrəmanlar Qərbə xoş gəlməyən qüvvələrdir deyə, Qərb yenidən xilaskar libasına bürünüb böyük zəhmətlə dünyaya gətirdiyi övladını öldürməlidir. Bunun üçün isə gözə çarpacaq bir bəhanə gərəkdir.

Unutmaq lazım deyil ki, radikallar öz mənfəəti naminə əvvəlcə özlərindən daha qüdrətli qüvvələrlə əməkdaşlığa razılıq verirlərsə, bu o demək deyil ki, onlar kiminsə əl-altısı olmaq statusu ilə daim razılaşacaqlar. Müəyyən qüdrət əldə etdikdən sonra bu cərəyanlar nəzarətdən çıxıb, valideyinin üzünə ağ olan övlad tək, öz xarakterini göstərməyə başlayır. Qüdrətin ləzzətini dadan istənilən cani nəyin bahasına olursa olsun həmin qüdrətin nəhayətinə çatmağa çalışacaq. İŞİD isə sözün əsl mənasında cani qruplaşmasıdır. Onların Quran və Peyğəmbər (s) sünnəsi ilə daban-dabana zidd fəaliyyətləri barədə danışmaq artıq olardı. Bizi düşündürməli olan başqa bir məsələdir. Bütün bunların Azərbaycana nə kimi təsirləri ola bilər. Bəli, biz iddia edə bilərik ki, Azərbaycanda radikal cərəyanların sosial bazası yoxdur, onlar nəzarət altındadır və s. Lakin, bunlar bizim ehtiyatımızı əlimizdən verməməlidir. Azərbaycandan İŞİD-ə qoşulan neçə-neçə gənclərimizin olması bizi son dərəcədə ehtiyatlı olmağa vadar etməlidir. Azərbaycan vətəndaşı olan bəzi gənc analar övladlarını götürüb “İslam xilafətində” yaşamaq “xoşbəxtliyinə” nail olmaq arzusundadır. Belə bir şeyi bir neçə il əvvəl heç kəs təsəvvürünə belə gətirə bilməzdi. Demək, təlaşlanmağa dəyər. Bu gün təhlükədə olan bir neçə Azərbaycan gəncinin uzaq İraq və Suriyadakı taleyi deyil, İŞİD amallarını ölkəmizdə gerçəkləşmək arzusunu qəlbində yaşadan bəzi radikal cərəyanlardır. Biz yalnız İŞİD-ə qoşulanları tənqid edirik, İŞİD ideologiyasını ölkəmizdə təbliğ edənləri isə unuduruq. Xüsusilə də Azərbaycanın yürütdüyü müstəqil siyasət radikal cərəyanların havadarlarını həmişə narahat edir…Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər