Türklər rus təyyarəsini vurduqdan sonra 24 saat ərzində nələr baş verdi — XRONOLOGİYA

Türklər rus təyyarəsini vurduqdan sonra 24 saat ərzində nələr baş verdi — XRONOLOGİYA

















Rus təyyarəsi həyəcanı

Suriya sərhədində vurulan rus təyyarəsi ilə bağlı xəbərlərdən dünya əməlli-başlı çalxalanıb. Rusiyaya məxsus olduğu təsdiq edilən Su-24 qırıcısı Türkiyənin F-16-ları tərəfindən vurulub. Baş verənlərin icmalını "Sözçü" qəzetinə istinadən sizə təqdim edirik:

Belə ki, dünən 11:24-də (Bakı vaxtı ilə) Türkiyənin hava sərhədini pozan Rusiyanın döyüş təyyarəsi Suriya ilə sərhəddə vurulub. Göyərtədə olan iki pilotun paraşütla tullandığı bildirilib.

Məsələ ilə bağlı ilk rəsmi açıqlama Türkiyənin prezident administrasiyasından gəldi:

"Türkiyənin hava sərhədini pozan və xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulan Su-24 təyyarəsi Rusiyaya məxsusdur", - deyə məlumatda qeyd edildi.

Bu açıqlamadan sonra Baş Qərargahdan yazılı açıqlama verildi:

"Hansı ölkəyə aid olduğu bilinməyən təyyarə dəfələrlə ( 5 dəqiqədə 10 dəfə ) xəbərdarlıqlar almasına baxmayaraq, Türkiyə hava sərhədini pozub", - deyə Baş Qərargah bəyan edib.

Bu yerdə rəsmi Moskva öz mövqeyini ortaya qoydu:

"Təyyarə sadəcə Suriya əraziləri üzərində uçurdu. Bunu sübut edə bilərik", - deyə rəsmi məlumatda qeyd olunub.

Türkiyə Baş Qərargahı ikinci açıqlama ilə çıxış edərək təyyarənin iz xəritəsini təqdim edərək, onun sərhədi pozduğunu isbat edib.

Vurulan təyyarənin pilotlarının tapılması üçün axtarış tədbirləri başladıldı. Onların türkmənlərin əlində olduğu iddia edilsə də, ölən pilotların fotogörüntüləri bu iddianı kölgədə qoydu.

Bakı vaxtı ilə 14:00 radələrində suriyalı müxaliflər tərəfindən Rusiyaya məxsus helikopter tank əleyhinə raketlə vurulub. Hətta vurulma anını əks etdirən videogörüntülər mediada yayıldı.

Saat 15:00 radələrində Moskvada İordaniyadan olan heyəti qəbul edən Rusiya Federasiyası prezidenti Vladimir Putindən ilk açıqlama gəldi. O, Türkiyəni terrorla əməkdaşlıq etməkdə ittiham edib.

"Terrorun əməkdaşları tərəfindən arxadan zərbə aldıq. Bugünkü faciəli hadisələr Rusiya-Türkiyə əlaqələrində ciddi nəticələrə səbəb olacaq", - deyə prezident qeyd edib.

Yeni hökumətin formalaşdırılmasına başı qarışmış Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu da təyyarənin vurulması ilə bağlı danışdı:

"Sərhədlərimizin təhlükəsizliyi, ölkəmizin bu atəş çevrəsi içində davamlılığı, vətəndaşlarımızın həyatı üçün hər cür fədakarlığı edəcəyimizi və hər cür tədbirə əl atacağımızı da cümlə-aləmin bilməsini istəyirik", - deyə Davudoğlu bəyan edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəlcədən planlaşdırılan Türkiyə səfərini təxirə salıb. Soçi şəhərində jurnalistlərə danışan Lavrov Türkiyədəki terror riskinin ötən ay rus təyyarəsinin Misirdə düşürülməsindən az olmadığını bəyan edib. AFP isə iddia edir ki, bununla Lavrov Rusiya vətəndaşlarının Türkiyəyə səfər etməməyə çağırıb.

ABŞ-dan məsələ ilə bağlı verilən ilk açıqlama beyinləri qarışdırdı. Ağ Evin bəyanatına görə, bu, Rusiya və Türkiyə hökumətləri arasındakı olaydır. Açıqlamada rus döyüş təyyarəsinin vurulmasının koalisiya qüvvələrinin Suriya və İraqda həyata keçirdiyi hava əməliyyatlarına təsir etməyəcəyi vurğulandı.

Putinin sərt açıqlamasından sonra Rusiya Müdafiə Nazirliyindən də açıqlama gəldi:

"Türk Hava Qüvvələrinin atdığı addımları dost münasibətlərindən kənar hərəkət olaraq görürük. Bu cür hadisələrə necə cavab veriləcəyi ilə bağlı çalışırıq", - deyə nazirlikdən bildirilib.

Bir çox rusiyalı məmurlar isə Türkiyə ilə bütün iqtisadi və ticari əlaqələri dayandırmağa çağırıb.

ABŞ prezidenti Barak Obama Suriya sərhədinə yaxın bölgədə vurulan təyyarə ilə bağlı açıqlamasında "Türkiyənin yanındayıq" ismarıcını verdi.

"Türkiyənin digər ölkələr kimi ərazi bütövlüyü və hava sərhədini qorumağa haqqı var. Əgər Rusiya səylərini İŞİD-ə qarşı yönəldərsə, bu anlaşılmazlıqların bəziləri, səhvlər və gərginlik ehtimalları daha az meydana gələr. Buradakı çətinlik Rusiyanın İŞİD-ə qarşı vuruşmasında daha çox Əsədi dəstəkləməsidir", - deyə Obama bildirib.

Axşam saatlarında rus pilotların ölmədiyi və suriyalı müxaliflərin əlində olduğu xəbəri yayıldı. Hətta Türkiyənin Milli İstihbarat Təşkilatının işin içində olduğu iddia edildi.

Həmin vaxtlar Türkiyəyə məxsus F-16-ların vurduğu rus təyyarəsinin tək olmadığı və daha bir döyüş təyyarəsinin aşkar edildiyi deyildi.

Türkiyənin çağırışı ilə NATO fövqəladə iclas keçirdi.

"Türkiyənin ərazi bütövlüyünü dəstəkləyirik. Rusiyanın hədəfi İŞİD-i məhv etmək olmalı idi", - deyə NATO-dan bildirildi.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da məsələ ilə bağlı danışıb. O, Rusiya bombardımançısının Türkiyənin hava məkanını pozduğunu və 10 dəfə xəbərdarlıq edildikdən sonra türk qırıcıları tərəfindən vurulduğunu bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Rusiya təyyarəsi Türkiyə hərbi qanunlarına uyğun vurulub.

Onun sözlərinə görə, Rusiya HHQ-nin bombaladığı ərazidə terrorçular yoxdur.

"Rusiya İŞİD adı ilə bizim qardaşlarımız türkmənlərə zərbələr endirir", - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan bu açıqlamadan sonra ABŞ prezidenti Obama ilə danışıb.

Danışıq zamanı Obama Türkiyənin milli suverenliyini müdafiə hüququnun ABŞ və NATO tərəfindən dəstəkləndiyini ifadə edib. Ərdoğan və Obama bənzər hadisələrin təkrarlanmamasını zəmanət altına alacaq tənzimləmələri aparmaq barəsində həmfikir olduqlarını bildiriblər.

İki lider Suriyada siyasi keçid dövründə İŞİD-ə qarşı mübarizə aparmaq məsələsində də qətiyyətli olduqlarını dilə gətiriblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər