"Fransada terror dalğası davam edəcək" - İŞİD-dən video-müraciət

 "Fransada terror dalğası davam edəcək" - İŞİD-dən video-müraciətİŞİD Suriyanın bombalanmasının dayandırılmasını tələb edib


İŞİD Parisdəki terror aktı ilə əlaqədar video-müraciət yayıb. Lent.az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Reuters agentliyi xəbər yayıb. Müraciətdə deyilir ki, Suriyanın bombalanması dayandırılmayınca Fransada terror dalğası davam edəcək. Parisdəki teraktlar beşinci respublikanın Suriyadakı əməliyyatına cavabdır.

Terrorçular bəyan ediblər ki, fransızlar sülhlə yaşamağı unudacaqlar, hətta bazara çıxmağa belə qorxacaqlar.

Terror aktları dünən Parisin 7 müxtəlif yerində, o cümlədən “Bataklan” teatrında, “Stad de Frans” stadionunda baş verib. Terror aktlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Bir qədər əvvəl Paris prokurorluğu 128 adamın ölümünü rəsmən təsdiqləyib. Məlumata görə, 99 nəfər ağır vəziyyətdədir. Rəsmi Paris Bəşər Əsədin hakimiyyətdə qalmasını istəmir. Bununla yanaşı, Fransa Suriya və İraqda İŞİD obyektlərinin bombalanması əməliyyatlarında iştirak edir. Sentyabrın 27-də İŞİD-in təlim bazasının dağıdılmasından sonra Fransa prezidenti Fransua Olland bildirmişdi ki, İŞİD Fransanın təhlükəsizliyini hədələyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər