Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


GDU-NUN ZƏNGİN ELMİ KİTABXANASI TƏLƏBƏLƏRİN MƏDƏNİ VƏ MƏNƏVİ MƏRKƏZİNƏ ÇEVRİLİB

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Dövlət Universitetinin Elmi Kitabxanası respublikanın zəngin ali məktəb kitabxanalarından biridir.

1938-ildən fəaliyyət göstərən kitabxana fondu hazırda 348446 nüsxədir. Gəncə Dövlət Universitetinin Əsaslı Kitabxanasının fəaliyyəti bütün şöbələrdə mütəşəkkil şəkildə təşkil edilib. Hal-hazırda kitabxana müasir kitabxanaların tələblərinə cavab verir.

Bu gün kitabxana yalnız kitablar və dövri mətbuat materialları ilə deyil, tam mətnli elektron resuslarla da zəngindir. Fondların tərkibi oxucu sorğularına uyğun yeni ədəbiyyatlarla zənginləşdirilir.

Son illər ərzində universitet rəhbərliyinin diqqət və qayğısı nəticəsində kitabxana fondu xeyli zənginləşdirilib, müasir texnologiya avadanlıqları ilə təmin olunub. Gəncə Dövlət Universitetinin Elmi kitabxanası tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzinə çevrilib.

Hazırda Gəncə Dövlət Univesietitinin Elmi kitabxanası Əsaslı kitabxana, 3 şöbə, 1 filial və 3 qiraət zalından ibarətdir.

Universitetin kitabxanasında müasir texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Burada lokal kompüter şəbəkəsi yaradılıb. Əsaslı Kitabxana yüksək internetlə təmin olunmuş kompüterlə təmin edilib.

Gəncə Dövlət Universiteti Kitabxanasının fonduna ötən il ərzində 432 adda 1171 nüsxə müxtəlif profilli ədəbiyyat daxil olub. Onlardan 380 adda 1014 nüsxəsi Azərbaycan dilində, 42 adda 68 nüsxəsi rus dilində və 3 adda 6 nüsxə ingilis dilində olan ədəbiyyatlardır.

Gəncə Dövlət Universitetində əsaslı kitabxananın filialı kimi fəaliyyət göstərən Nuru Paşa adına Kitabxana ən zəngin kitabxanalardan biri sayılır. Müasir standartlara uyğun təmir edilən, bütün zəruri inventar və avadanlıqlarla təmin olunan kitabxanada Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb. Nuru Paşa adına Kitabxanada Filologiya və Xarici dillər fakültələrinin profilinə uyğun bütün ədəbiyyatlarla komplektləşdirib. Bununla yanaşı, dərs vəsaitlərinin elektron versiyaları da təmin edilib. Müasir avadanlıqla təchiz olunan kitabxanada 40000 kitab mövcuddur. Kitabxananın geniş oxucu kütləsinə malik böyük oxu zalı, internetlə təmin olunan kompüterləri və proyektoru vardır.

Gəncə Dövlət Universitetinin Əsaslı kitabxanasında “Qızıl Fond” da yaradılıb. Fonda XVIII–XX əsrləri əhatə edən rus, ərəb, fars, alman, əski əlifba ilə nəşr olunmuş kitablar və əlyazmalar saxlanılır. Kitabların ən qədimi XVIII əsrə aid “Qurani-Kərim”dır. Həmçinin qədim adət ənənələrimizi gələcək nəsillərə çatdırmaq üçün “Qızıl fond” xüsusi dizayn edilib. Qədim abu-havaya malik olan bu otaq mini muzeyi xatırladır.

Burada tələbələrlə söhbət aparan zamanı məlum oldu ki, kitabxanalarda yaradılan şərait onların ürəyincədir, imtahanlar ərəfəsində isə tələbələrin kitabxanalara müraciət etməsi daha yaxşı nəticə əldə etməsinə səbəb olur. Yaxın gələcəkdə isə univesitetin Elmi kitabxanasının yeni ədəbiyyatlarla zənginləşdirilməsi nəzərdə tutulur.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


GDU-DA “20 YANVAR HƏQİQƏTLƏRİNİN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ROLU” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Dövlət Universitetində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Konfransda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və professor-müəllim heyəti iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş nöqtəsidir. Sovet rejiminin vandalizm aktı törətməsi nəticəsində onlarla dinc sakinimiz qətlə yetirilmiş, yüzlərlə günahsız insan isə bu faciə zamanı yaralanmış, zərər çəkmişdir. Həmin qanlı hadisələrə görə müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı səfirliyinə gedərək Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet rejiminin bu çirkin əməlini şiddətlə qınayan bəyanatla çıxış etmiş, xalqımızın haqq səsini cəsarətlə bütün dünyaya çatdırmışdır. 1994-cü il yanvar ayının 5-də Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət həmin ilin mart ayında tərəfindən təsdiqlənən 20 yanvar faciəsinə siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının öz haqıqnı tələb edə bilməsini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacarmasını sübut etdi.

Tədbirin davamanında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Ulu Öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi ölkə başçısı Cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Tədbirin davamanında universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Heydər Əliyev və 20 Yanvar həqiqiqətləri”, rektorun baş müşaviri Asif Cavadov “20 Yanvar faciəsi və Heydər Əliyev prinsipial mövqeyi”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Maqbet Əhmədov “20 Yanvar-xalqın tarixində şərəfli səhifədir”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “20 Yanvar hadisələri- Azərbaycan xalqının suveren hüquqlarına ziddir”, Filologiya fakültəsinin tələbəsi Seyhun Rzayev “20 Yanvar faciəsi xalqımızın fədakarlıq və qəhrəmanlıq zirvəsi” məruzələri ilə çıxış ediblər.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov Fəlsəfə doktorları -Azərbaycan tarixi kafedrasının baş müəllimi Gülarə Əliyevanı, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Səba Namazovanı və Fransız dili kafedrasının baş müəllimi Aygün Əliyevanı dosent elmi adı almaları münasibətilə təbrik edərək Dosent attestatını onlara təqdim edib. Fəlsəfə doktorları -Azərbaycan tarixi kafedrasının baş müəllimi Gülarə Əliyevanı, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Səba Namazovanı və Fransız dili kafedrasının baş müəllimi Aygün Əliyevanı dosent elmi adı almaları münasibətilə təbrik edərək Dosent attestatını onlara təqdim edib.

Bununla yanaşı rektor Yusif Yusibov Ümumi

riyaziyyat kafedrasının baş müəllimi Vüsalə Qarayevanın, İnformatika və cəbr kafedrasının baş müəllimi Sevinc Orucovanın, Təsviri incəsənət kafedrasının müəllimi Lalə Cahangirovanın və Fizika kafedrasının baş müəllimi Sevinc İmanovanın Fəlsəfə doktoru elmi dərəcələri almaları münasibətilə təbrik edərək diplomları onlara təqdim edib.
Sonra Elmi Şura öz işinə başlayıb. İclası giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada birinci məsələ-2022-2023-cü tədris ilinin payız imtahan sessiyasının gedişi haqqında universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun məruzəsi dinlənilib. Qeyd edilib ki, sessiya dövründə mövcud qanunvericiliyin və Təhsil nazirinin 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Bununla yanaşı, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” təşkil edilib.

Cari tədris ilinin payız semestrində imtahanlar yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilir. Yazılı və qabiliyyət imtahanları II tədris binasında keçirilib, hazırda test imtahanları əsas tədris binasında davam edir. Qiyabi təhsil forması və magistratura səviyyəsi üzrə ixtisaslarda isə yazılı imtahanlar V tədris binasında keçirilir. Xüsusi qabiliyyət tələb edən imtahanlar da davam edir. Pilot layihə olaraq Biologiya müəlimliyi ixtisasında təhsil alan tələbələr ingilis dilində şifahi imtahan verərək yüksək nəticə əldə ediblər.

İmtahanların şəffaf keçirilməsinə ictimai nəzarət təmin edilib. KİV nümayəndələrinin, tələbələrin valideynlərinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Universitetdə mediatur təşkil olunub. İmtahanların gedişatı iştirakçılar tərəfindən əyani olaraq izlənilib.

Elmi Şurada ali təhsildə keyfiyyətin yüksəldilməsinə dair qarşıda duran vəzifələr də müzakirə edilib, bununla bağlı çıxışlar və təkliflər dinlənilib. Qeyd edilib ki, sevindirici haldır ki, Gəncə Dövlət Universitetinin məzunları Müəllimlərin İşə Qəbul (MİQ) imtahanlarında yüksək bal toplayaraq uğurlu nəticələr əldə ediblər.

Elmi şurada Aytən Əhmədovanın Azərbaycan dili kafedrasının, Saida İsmayılzadənin Ümumi tarix kafedrasının, Ülviyyə Bayramovanın Leksika və ölkəşünaslıq kafedrasının boş olan dosent yerinə seçki keçirilib.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər