Azadə xanım Orucova: Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək

Azadə  xanım Orucova:  Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək












Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər.

-Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.


-İqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir.


-"Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və cənab İlham Əliyev də məhz belə şəxsiyyətdir. Respublika Elmi Texniki Kitabxananın direktoru Azadə xanım Orucova olaraq sakinləri, həmkarlarımızı bir daha prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə dəvət edirik"


Azadə xanım Orucova dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "Azadə Orucovaxalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Respublika Elmi Texniki Kitabxananın direktoru Azadə xanım Orucovadır.

Kitabxananın direktoru Orucova Azadə Əsəd qızı 1959-cu il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1984-cü ildən Respublika Elmi-Texniki Kitabxanasında işləyir. Səmərəli və qüsursuz iş fəaliyyətinə görə müxtəlif dövlət qurumları tərəfindən fəxri fərman və təşəkkürlərlə təltif olunub.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Respublika Elmi- Texniki Kitabxanası ən böyük elmi- sahəvi kitabxanalardan biri olmaqla yanaşı ənənəvi kitab təbliği və kitabxana- biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və digər ədəbiyyatı özündə əks etdirən elmi- tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük elmi müəsisədir.
Bu gün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Repsublika Elmi- Texniki Kitabxanası respublikanın nazirlik, şirkət, idarə və müəssisələri, elmi- tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı- ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat- biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur.
RETK- nın fondunda ictimai- siyasi ədəbiyyat,elmi- texniki , sorğu materiallar, dövri və ardı davam edən nəşrlər, təcrübə- konstruktor işləri, tərcümələr, sənaye kataloqları, normativ-texniki sənədlər, ixtiralar, ixtiraçılıq- patent hüquqları haqqında ədəbiyyat, patentlər, mətbuatda dərc olunmayan ədəbiyyat qorunub saxlanır.
Onu da qeyd edək ki, Azərbaycanın neft və qaz hasilatı sənayesi sahəsinə aid olan çox qədim ədəbiyyatlar fondda xüsusi saxlanılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər