Hazırda Yusif Yusifovun gərgin əməyi nəticəsində GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur

Hazırda Yusif Yusifovun gərgin əməyi nəticəsində GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur


Bakuxeber.info olaraq bu şərəfli insan - Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Yusif Yusibov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yusif Yusibov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Yusif Yusibov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Dövlət Universitetinin rektoru professorkimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Hazırda Yusif Yusifovun gərgin əməyi nəticəsində GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Rektorun mobil telefonu və emaili bütün tələbələrdə var, tələbələr istənilən anda rektorla əlaqə saxlaya bilir, onun Facebook sosial şəbəkəsindəki səhifəsinə yaza bilirlər. Onu da qeyd etmək lazımdır ki, universitetdə bütün imtahanlar test üsulu ilə kompyuter vasitəsi ilə aparılır, bu da imtahanlarda hər hansı bir müdaxilənin qarşısını alır, tələbələrin aldığı qiymət dərhal testlər cavalandırılarkən məlum olur, kimsənin buraya müdaxiləsi imkansızdır. Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işləri - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

Bizdə hörmətli Yusif Yusibovu dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər