Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


“SİLLABUSLARIN TƏRTİBİ, TƏLİM NƏTİCƏLƏRİNİN FORMALAŞDIRILMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ” ADLI TƏLİMƏ START VERİLİB

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Dövlət Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında təlim xidmətinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi” adlı təlimə start verilib. Təlim 29-30 iyun, 1 və 4 iyul 2022-ci il tarixləri arasında davam edəcəkdir.

Təlimi Agentliyin Təlim və Metodologiya şöbəsinin müdiri Asiman İlyasov və şöbənin baş məsləhətçisi Şəlalə Mahmudova keçib. Təlimdə Gəncə Dövlət Universitetinin Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, kafedra müdirləri və 30 nəfərə yaxın professor-müəllim heyəti iştirak edib.

Təlimin əsas məqsədi Gəncə Dövlət Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına, eləcə də inzibati və akademik heyətə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dair dəstək verməkdən ibarətdir.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


“MƏN SAĞAM, HƏYATI SEÇİRƏM” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsində narkomaniya və onunla mübarizə tədbirləri sırasında “Mən sağam, həyatı seçirəm” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Universitetinin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyevanın, fakültə dekanı dosent Məsim Abadovun, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə prorektor Gülsüm Fətəliyeva açaraq Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 – 2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışmış, dünyada və ölkəmizdə ağ ölümə çevrilən narkomaniya ilə mübarizə istiqamətində aparılan tədbirlərin vacibliyini, onun cəmiyyətimizin həyatında əhəmiyyətini diqqətə çatdırmışdır.

Sonra müəllimlərdən Rafiq Abbasov, dosent Əli Allahverdiyev, tələbələrdən Ləman Əmirova, Nailə Abdullayeva, Ayxan Həsənli, fakültə dekanı dosent Məsim Abadov çıxış edərək hamıya, xüsusən də gənclərə diqqətli olmağa, maarifləndirmə, məlumatlandırma işinin dayanmadan aparılmasına daha çox diqqət yetirməyi vurğulamışlar.

Fəal keçən tədbir zamanı iştirakçıların suallarına da cavab verilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


GÖYGÖL TƏHSİL MƏRKƏZİNİN ŞAGİRDLƏRİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ OLMUŞDUR

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Göygöl Təhsil Mərkəzinin Göygöl, Gəncə, Şəmkir, Balçılı filiallarının “Bizimlə Yay” layihəsi çərçivəsində 300 -ə yaxın Abutruyentləri və şagirdləri Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunda olmuşdular. Şagirdlər 5-ci tədris korpusunda fənn kabinələri, laboratoriyalar, kitabxanalar, muzeylər, idman zalı, akt zalı, bufet və digər otaqlarda yaradılmış şəraitlə yaxından tanış olmuşdurlar.

Tədbirdə Göygöl Təhsil Mərkəzinin rəhbəri Bünyad Balakişiyev, icraçı direktor Sənan İsayev, Filialın direktorları Yusif Abbasov, Aytən Verdiyeva, Sevinc Quliyeva və rəhbər müəllimlər iştirak edirdilər. Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev universitetin rektoru professor Yusif Yusibov adından tədbir iştirakçıları salamlamış, onlara universitetin beynəlxalq əlaqələri uğurları və ali məktəblər içərisində mövqeyi və ictimai fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Xarici dillər fakültəsin dekanı Əjdər Əsgərov, Filologoya fakültəsinin dekanı Zakir Ələsgərov, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, Universitetin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov Universitetdə və tədris korpusunda yaradılmış şəraitlə bağlı şagirdlərə ətraflı məlumat vermiş, onların gələcəkdə təhsil alması üçün bütün imkanların yaradıldığını qeyd etdilər.

Tədbirin sonunda şagirdlərə universitetin həyat və fəaliyyətinin əks etdirən videoçarx və bukletlər təqdim olunmuşdur. Göygöl Təhsil mərkəzinin şagirdləri universitetin professor – müəllim heyəti ilə xatirə şəkilləri çəkdirdilər.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


NARKOMANİYAYA YOX DEYƏK!!!

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir.Bu problemə diqqət çəkmək üçün Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin tələbələri “Narkomaniyaya Yox Deyək” adlı tədbir keçirmişlər. Xarici dillər fakültəsinin dekan müavini Arzu Babayeva tədbirin keçirilməsinin məqsədini tədbir iştirakçılarının diqqətinə çatdırdıqdan sonra universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək müasir dövrdə artmaqda olan narkomaniyanı pisləmiş, narkotik maddələrlə mübarizə aparmağın hər bir dövlət orqanı və qurumunun vəzifəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir.

Daha sonra xarici dillər fakultəsinin dekanı dosent Əjdər Əsgərov müasir gəncliyimizi bu bəladan qorumağın yollarını, eyni zamanda təhsil müəssisələrində geniş maarifləndirmə işinin aparılmasından danışmışdır. Qeyd etmişdr ki, valideynlərin düzgün həyat tərzi keçirməsi onların övladlarına örnəkdir.

Tədbirdə fakultənin fəal tələbələri- Aybəniz Verdiyeva “Narkotik vasitələrin tarixi”, Sevda İsmayılova “Narkotik vasitələrin növləri”, Aysu Muxtarova “Narkotikin fəsadları”, Dilarə Cəlilova “Qanunvericilikdə narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi haqqında” mövzularında çıxışlar etmişlər. Sonda fakültə tələbələrinin hazırladıqları videoçarx nümayış etdirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər