Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası etibarlı əllərdədir - Hüseyn Qaraşov

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası etibarlı əllərdədir - Hüseyn Qaraşov







Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşovdur.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov 1949-cu ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 2005-ci ildə Azərbayjan Respublikası Prezidentinin sərənjamı ilə «Tərəqqi» medalı ilə, 2009-cu ildə AHİK-in «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı ilə, 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşdur.

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ali təhsilli mütəxəssis hazırlığını və həmkarlar ittifaqı kadr və fəallarının ixtisaslarının artırılması və yenidən hazırlanması vəzifəsini həyata keçirən müasir təhsil mərkəzidir.

500 nəfərə yaxın tələbənin təhsil aldığı Akademiyada 57 nəfər professor-müəllim heyəti çalışır. Onların 31 nəfəri elmlər namizədi - dosent, 5 nəfəri elmlər doktoru, professordur.

Akademiyanın əməkdaşlari Təhsil Nazirliyı və Elmi Şura tərəfindən tövsiyə olunan onlarla tədris proqramları, dərslik, dərs vəsaiti və metodiki tövsiyələr hazırlamışlar.

Kadr və fəalların ixtisaslarınınn artırılması və yenidən hazırlanmasi həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində olmuşdur. Akademiyada bu vəzifəni xüsusi şöbə yerinə yetirir və burada həmkarlar ittifaqının aparat işçiləri, sədr və fəallarının bütün kateqoriyaları üzrə ixtisaslarının artırılması həyata keçirilir.

Akademiyada Tələbə - Gənclər, Tələbə həmkarlar ittifaqı təşkilatları və Tələbə-Elmi Cəmiyyəti fəaliyyət göstərir. Tələbələrin elmi-praktik konfranslarının, müsabiqələrinin keçirilməsinə, onların elmi-tədqiqat işlərinə Tələbə-Elmi Cəmiyyəti vasitəsilə cəlb olunmasına xüsusi fikir verilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri olan ali məktəb tələbələrinin fənn olimpiadalarında, eləcə də digər ali məktəblərdə keçirilən elmi-praktik konfranslarda Tələbə-Elmi Cəmiyyətinin üzvləri fəal iştirak edirlər.

Akademiyanın kitabxanası öz fondunu ali məktəbin profilinə uyğun komplektləşdirir, professor-müəllim, tələbə heyətini elmi ədəbiyyatla, dərslik, dərs vəsaiti, dövri nəşrlə təmin edir. Kitabxanada 2 oxu zalı fəaliyyət göstərir. Akademiyanın kitabxanası Prezidentin İşlər İdarəsinin, Milli kitabxana, Universitet kitabxanaları, Milli Arxiv kitabxanaları ilə əməkdaşliq edir.

Akademiyada “İnformasiya texnologiyaları və kompüter sistemləri” şöbəsi, iki kompüter auditoriyası fəaliyyət göstərir. Kompüterlər İNTERNET şəbəkəsinə qoşulmuşdur.

Şöbənin əməkdaşları tərəfindən İnformatika və ona yaxın fənnlərin tədrisinə dair müxtəlif tədris-metodiki vəsaitlər, proqramlar və dərs vəsaitləri hazırlanıb çap edilmişdir. Şöbə TQDK, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşliq edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər