Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL

Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL



Gəncə Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin şərəfinə bayram tədbiri keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə rektor, professor Yusif Yusibov 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Yusif Yusibov qeyd edib ki, Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Məhz həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Ölkəmizdə isə Müəllimlər Günü 1993-cü ildən qeyd edilməyə başlanıb.

Rektor Yusif Yusibov vurğulayıb ki, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.

Bu gün isə elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən Prezident İlham Əliyev yeni və müasir tələblərə cavab verən məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir texnoloji avadanlıqlarla təmin ediməsinə xüsusi diqqət göstərir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası Haqqında” Sərəncam imzaladıqdan dərhal sonra tədbirlər planı təsdiqləndi və icrasına başlanıldı. Qəbul edilən mühüm qərarlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə isə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Müstəqil Azərbaycanda təhsil sistemində aparılan irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter alıb. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sistemimizin hərtərəfli inkişafını təmin edəcək yeni-yeni layihələr reallaşdırılacaq. Bu da Azərbaycan təhsilini keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevirəcək”.

Qeyd olunub ki, Ölkə Başçısının təhsil sahəsində tapşırıq və sərəncamları Gəncə Dövlət Universitetinin inkişafına da öz töhfəsini verib. Universitetin tədris korpuslarında təmir-tikinti işləri aparılıb, 5-ci tədris korpusu tamamilə yenidən qurulub. Həmçinin universitetin maddi texniki bazası zənginləşdirilib, bir sıra fənn kabinetləri və laboratoriyalar yaradılıb. Tələbələrin sağlamlılığının qorunması və asudə vaxtlarının səmərəli keçməsi üçün idman zalları və meydançalar qurulub.

Belə ki, Ölkə Başçısı tərəfindən universitetin kitabxana və tələbə şəhərciyinin yenidənqurulması üçün 8 milyon manat vəsait ayrılıb. Təxminən üç aydan sonra Gəncə Dövlət Universitetinin yeni kitabxana və yataqxanaları istifadəyə veriləcək.

Sonra rəhbərliyin əmrinə əsasən universitetin bir qrup professor-müəllim, inzibati, tədris-köməkçi, təchizat-təsərrüfat işçilərinə mükafatlar təqdim olunub. Gənc kadrların hazırlanmasında uzun müddətli qüsursuz və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 14 nəfər müəllim “Fəxri fərman”la təltif olunub. Digər 9 nəfər müəllimə isə “Təşəkkür” elan edilib.

Universitet AHİK-in sədri Afaq Qasımova çıxış edərək universitet kollektivini Ümumdünya Müəllimlər Günü münasibətilə təbrik edərək, 35 nəfər qabaqcıl müəllimin universitetin AHİK tərəfindən mükafata layiq görüldüyünü deyib.

Sonda Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva müqəddəs peşənin daşıyıcıları, ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi olan bütün müəllimləri Ümumdünya Müəllimlər Günü münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.

Musiqi fənləri kafedrasının rəhbərliyi ilə hazırlanan və tələbələrin ifasında təqdim olunan konsert müəllimlərə xüsusi hədiyyə olub.
Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL
Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL
Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL


Bakuxeber.info olaraq bu şərəfli insan - Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Yusif Yusibovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Yusif Yusibov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Yusif Yusibov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Dövlət Universitetinin rektoru professorkimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı belə münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Gəncə Dövlət Universiteti tələbələri tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Yusif Yusibov Gəncə Dövlət Universiteti tələbələri tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

GDU-nun 8 fakültəsində 39 ixtisas üzrə bakalavrlar, magistratura şöbəsində 41 ixtisas üzrə magistrantlar təhsil alır. GDU-nun 5000-dək tələbə və magistrant kontingenti vardır. 2014-2015-ci tədris ilində 1000 nəfərdən artıq gənc bakalavr, 50-dən artıq gənc isə magistr pilləsi üzrə məzun olub.

Universitetdə təhsilin səviyyəsinə təsir edən ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə bu il 10 nəfər müəllim fəlsəfə doktoru proqramı üzrə müdafiə etmiş, 3 nəfər elmlər doktoru elmi dərəcəsi, 10 nəfər dosent elmi adını almış, 5 dərslik, 10 dərs vəsaiti, 150-dən artıq proqram və metodik vəsait, 10 monoqrafiya çap olunmuşdur. GDU əməkdaşlarının Respublikanın nüfuzlu elmi nəşrlərində 300-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 50-dək elmi məqaləsi dərc edilmişdir.

Hazırda Yusif Yusifovun gərgin əməyi nəticəsində GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Rektorun mobil telefonu və emaili bütün tələbələrdə var, tələbələr istənilən anda rektorla əlaqə saxlaya bilir, onun Facebook sosial şəbəkəsindəki səhifəsinə yaza bilirlər. Onu da qeyd etmək lazımdır ki, universitetdə bütün imtahanlar test üsulu ilə kompyuter vasitəsi ilə aparılır, bu da imtahanlarda hər hansı bir müdaxilənin qarşısını alır, tələbələrin aldığı qiymət dərhal testlər cavalandırılarkən məlum olur, kimsənin buraya müdaxiləsi imkansızdır. Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işləri - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

Bizdə hörmətli Yusif Yusibovu dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL
Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL
Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL
Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL
Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏL
Gəncə Dövlət Universitetində təhsilin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər