Bu gün AMEA NKPİ-nin direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovun ad günüdür

Bu gün AMEA NKPİ-nin direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovun ad günüdür







Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, AMEA NKPİ-nin direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovdur.

AMEA NKPİ-nin direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Kimya elmlər doktoru, professor, qabaqcıl təhsil işçisi, Y.Məmmədəliyev adına mükafat laureatı, Azərbaycanın əməkdar müəllimi, şöhrət ordenli, akademik VAQİF ABBASOV ölkəmizi fəxrlə bütün dünyada tanıdan ziyalılardandır. Bu gün görkəmli alimimizin ad günüdür.Bu münasibətlə Bakuxeber.info xəbər portalının kollektivi Vaqif müəllimi təbrik edir, yaradıcılıgında bundan sonrada ugurlar arzulayırıq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər