Şərəfli həyat yolu, layiqli iş - Mehman Abduləzizov

Şərəfli həyat yolu, layiqli iş - Mehman Abduləzizov








Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovdur.

Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Mehman Abduləzizovu nüfuzdan salmağa çalışırlar.

Ona etibar edilən bütün postlarda Mehman Abduləzizov özünü doğruldub. Bizdə hörmətli Mehman Abduləzizova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Odur ki, belə əsassız məlumatlar yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovun bizim müdafiəmizə ehtiyacı yoxdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər