Cəlilabad Telekommunikasiya Qovşağının rəisi Zaur Məmmədov vəzifəsini şərəflə yerinə yetirir

Cəlilabad Telekommunikasiya Qovşağının rəisi Zaur Məmmədov vəzifəsini şərəflə yerinə yetirir












Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəlilabad Telekommunikasiya Qovşağının rəisi Zaur Məmmədovdur.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Cəlilabad Telekommunikasiya Qovşağının rəisi Zaur Məmmədovun adı, Cəlilabad ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Bu ili uğurla yola salan kollektivlərdən biri də Cəlilabad telekommunikasiya qovşağıdır. Müxbirimiz qovşağın rəisi Zaur Məmmədovla görüşərək ondan kollektivin uğurları və bu ilin birinci rübündə görülən işlər barədə danışmasını xahiş etmişdir. Zaur müəllim demişdir:
Cəlilabad rayon Telekommunikasiya Qovşağı və Cəlilabad Poçtamptı rayon əhalisinə yüksəkkeyfiyyətli rabitə və poçt xidmətləri göstərib.

Respublikamızda rabitənin sürətli inkişafı Cəlilabaddan da yan keçməmiş, əslində ən böyük layihələr bizim rayonda icra olunmuş, sözün əsl mənasında, Cəlilabad rabitəsi yeni texnologiyaların tətbiqi üçün bir poliqon rolunu oynamışdır.

Cəlilabad Telekommunikasiya Qovşağının kollektivi söz verir ki, İKT və rabitə sektorunun tərəqqisi istiqamətində bundan sonra da əllərindən gələni edəcək, rayonun dayanıqlı və davamlı inkişafı üçün bütün qüvvələrini səfərbərliyə alacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər