Variz Allahverdiyev dövlətimizə və Mikayıl Cabbarova sədaqət nümunəsidir!

Variz Allahverdiyev dövlətimizə və Mikayıl Cabbarova sədaqət nümunəsidir!







Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Variz Allahverdiyevdir.

Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Variz Allahverdiyevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Bakı İdarəetmə və Texnologiya Kolleci 16 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazası əsasında yaradılıb. Kollecdə bir-birinə qətiyyən uyğun olmayan 9 ixtisas üzrə kadr hazırlanır. (Əlbəttə kadr hazırlamaq demək mümkünsə.): 1. Texnologiya müəllimliyi, 2. Mühasibat uçotu, 3. Maliyyə işi, 4. Bələdiyyə təsərrüfatının təşkili, 5. Yol hərəkətinin təşkili, 6. Bina və qurğuların tikintisi və istismarı, 7. Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri, 8. Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi, 9. Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması.

Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Variz Allahverdiyev üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Variz Allahverdiyev dərs də dinləyir, Kollecin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Variz Allahverdiyev Kollecdə tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də Kollecin direktoru Variz Allahverdiyev bu tədris ilində kollecin bütün dərslərində olmuş, tələbələrlə görüşmüş, kollecdə tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini vermişdir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər