Qazax rayon mərkəzi avtovağzalı etibarlı əllərdədir

Qazax rayon mərkəzi avtovağzalı etibarlı əllərdədir










Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qazax rayon mərkəzi avtovağzalının müdiri Eyvaz Vəliyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Qazax rayon mərkəzi avtovağzalının müdiri Eyvaz Vəliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və cənab Prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir vəzifə sahibidir.

"Ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq bütün sahələrdə inkişaf və tərəqqi göz önündədir. İnsanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi də daim diqqət mərkəzində saxlanılır və bu sahə xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. Sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində də tədbirlər görülür. Yeni nəqliyyat vasitələrinin alınıb gətirilməsi, bu sahədə fəaliyyət göstərən özəl şirkətlərə, fiziki şəxslərə dövlət dəstəyinin göstərilməsi ölkəmizdə üstün istiqamət verilən sahələrdəndir.
Qazax rayonunda da belə tədbirlər həyata keçirilir, sərnişindaşıma xidmətinin səviyyəsini yüksəltmək məqsədi ilə yeni avtobuslar alınıb gətirilir, taksi xidmətinin səviyyəsi yaxşılaşdırılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər