Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - ÖZƏL

Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad  Hacıyev - ÖZƏL








Fuad Hacıyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.

Fuad Hacıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən rektordur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin adı, ölkə ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Ölkəmizin öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının çox illik tarixi var.

Akademiyanın professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər. Akademiyanın müəllimləri 3 mindən artıq dərslik, monoqrafiya, elmi-metodiki vəsait və məqalinin müəllifidirlər.

Sözün əsl mənasında qısa müddət ərzində akademiyada çox böyük işlər görülüb. Burada elektron tədris materiallarının təhlükəsiz istifadəsi üçün, həmçinin Akademiyanın idarəolunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınıb. Eyni zamanda, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tövsiyəsi ilə tədrisin və imtahanların daha effektiv olması üçün “Online University” sistemi qurulmuşdur. Bu proqram tələbələrin biliklərinin həm semestr zamanı, həm imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq imkanını yaradır.

Beynəlxalq təcrübənin öyrənmək üçün Akademiyanın əməkdaşları Türkiyə, Almaniya, Rusiya, Belarus, Sloveniya və Bolqarıstana səfər etmişlər. Daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir. İnanıram ki, akademiyada təhsil almaq istəyən tələbələrin sayı ilbəil artacaq.”

Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatyönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsidir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası qarşısında qoyulan böyük vəzifələrdən və təhsil islahatlarının dünya standartlarına uyğunlaşdırılması zərurətindən irəli gələrək hal–hazırda Akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq işlər aparılır. Hədəfimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını idman və sağlam həyat tərzinin təbliğində aparıcı rol oynayan, ən müasir tələblərə cavab verən, elmi və praktiki təcrübə əsasında idman təhsilini təmin edən və beynəlxalq səviyyədə özünə xüsusi yer tutan təhsil müəssisəsinə çevirməkdir. Tələbələrimizi daha keyfiyyətli, beynəlxalq standartlara cavab verən təhsillə təmin etmək və eyni zamanda yerli və xarici əmək bazarına rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq məqsədi ilə Akademiyada yeni tədris laboratoriyaları və elektron kitabxananın əsaslı təmiri və yenidənqurulması, tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, İKT-nin tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və ona müvafiq kafedraların yaradılması nəzərdə tutulmuşdur. Bütün sadalananlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin böyük dəstəyi ilə həyata keçirilir.

Ölkəmiz Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına tam hazırdır


Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad  Hacıyev - ÖZƏL
Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad  Hacıyev - ÖZƏL
Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad  Hacıyev - ÖZƏL
Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad  Hacıyev - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər