Yusif Yusibov: Yaxşı insanların həyatı ən kamil kitabdır

Yusif Yusibov: Yaxşı insanların həyatı ən kamil kitabdır


GDU-DA AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ANADAN OLMASININ 101 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Yusif Yusibov: Yaxşı insanların həyatı ən kamil kitabdır


Gəncə Dövlət Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Zərifə xanım Əliyevanın zəngin mənəvi keyfiyyətlərindən və Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Akademik vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə akademik Zərifə Əliyeva ən yüksək mükafatlara layiq görülüb. Prorektor onu da bildirib ki, Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla əsl Azərbaycan qadınının, ailəsinin müqəddəs simvoluna çevrilib. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanda ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

Tədbirdə çıxış edən Fiziki tərbiyə, çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Şahniyar Abbasova və Rus dili kafedrasının dosenti Sevda Əliyeva bildiriblər ki, Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Yusif Yusibov: Yaxşı insanların həyatı ən kamil kitabdır
Yusif Yusibov: Yaxşı insanların həyatı ən kamil kitabdır
Yusif Yusibov: Yaxşı insanların həyatı ən kamil kitabdır


Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibov - Azərbaycanın tibb elminə misilsiz töhfələr vermiş, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasından 101 ili ötür. Yaxşı insanların həyatı hamının oxuya biləcəyi ən yaxşı, ən mükəmməl, ən kamil kitabdır – özü də canlı kitab... Yaxşı insanların əməlləri ürəkdən-ürəyə salınan mehr, istək körpüsüdür, Vətənlə-vətəndaş arasında umacaqsız şəkildə təzahür edən kamil münasibətdir...

Ürəklərdə yaşayan yaxşı əməl sahibi, bütövlükd insanlıq səhifəsinə imza atmış şəxslərdən biri də 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmiş, insanaların gözünə nur vermişdir.

Atasının yolunu gedərək, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Ötən əsrin 30-40-cı illərində Azərbaycanda tüğyan edən traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı və xalqımızı bu müdhiş bəladan xilas etmək zərurəti Zərifə xanım Əliyevanı rahat buraxmırdı. O, bütün diqqətini bu xəstəliklə mübarizəyə və digər göz xəstəliklərinin müalicəsinə yönəltdi. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirirdi. O, ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı oldu və kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil etdi. O, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. 1960-cı ildə tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Yusif Yusibov: Yaxşı insanların həyatı ən kamil kitabdır

Çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

Amma Zərifə xanım ancaq alim ömrü yaşamadı. O Heydər Əliyev kimi bir şəxsiyyətin həyat yoldaşı və çox gözəl ana idi. Heydər Əliyev Zərifə xanım haqqında deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” Ömrünü dövlət işinə həsr etmiş bir insandan belə yüksək qiymət almaq, Zərifə Əliyevanın fövqəladə insanpərvərliyinin, xeyirxahlığının nəticəsidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər