Elşad Məmmədov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir

Elşad Məmmədov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir


Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elşad Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elşad Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elşad Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Elşad Məmmədov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən məmurdur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Elşad Məmmədov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir


Elşad Məmmədov xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Elşad Məmmədov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan məmurdur ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Elşad müəllim yüksək savada və dünyagörüşə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Elşad Məmmədova məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Elşad Məmmədovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün də o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Elşad Məmmədovun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər.

Elşad Məmmədov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir


Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elşad Məmmədovun haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı, vətənpərvər olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elşad Məmmədov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər