Alı Məmmədov yüksək peşəkarlığı ilə seçilir

Alı Məmmədov yüksək peşəkarlığı ilə seçilir

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - ATİAHİ Sabunçu rayon komitəsinin sədri Alı Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan ATİAHİ Sabunçu rayon komitəsinin sədri Alı Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Alı Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

ATİAHİ Sabunçu rayon komitəsinin sədri Alı Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Alı Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Alı Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ATİAHİ Sabunçu rayon komitəsinin sədri Alı Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

96 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin və 96 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda konfrans keçirildi. Tədbirdə Bakı şəhəri üzrə rayon komitə sədrləri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, müəllimlər və tərbiyəçilər iştirak etdilər. Tədbir dövlət himninin səslənməsi və Ulu Öndərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı. Konfransı giriş sözü ilə ATİAHİ Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov açaraq konfrans iştirakçılarını salamlayaraq konfransı açıq elan etdi. Daha sonra məruzələr dinlənildi. Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissə başladı. Sabunçu rayon məktəblilərinin ifasında şeirlər, mahnılar ifa olundu. Dahi liderin haqqında video material nümayiş olundu. Sonda 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyevanın çıxışı ilə konfrans öz işini başa çatdırdı.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər