Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Milli Məclisin deputatı Ağalar Vəliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Ağalar Vəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ağalar Vəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Goranboyda, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, ali məktəblərə daxil olan məzunlar, əlaçı şagirdlər, təhsildə fərqlənən müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı.” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra tədbir Dövlət Bayrağı Muzeyində davam etdirilib. Konfransda çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.
Şagirdləri, məzunları, müəllimləri və valideynləri təbrik edən natiqlər Ulu öndər tərəfindən əsası qoyulan müasir Azərbaycan təhslinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini, yeni məktəb binalarının inşasını və ya əsaslı təmir-bərpa işlərinin həyata keçirildiyini, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının müasirləşdirildiyini, müəllim və tələbələrin sosial təminatlarının daha da yaxşılaşdırılmasi istiqamətlərində davamlı işlərin görüldüyünü diqqətə çatdırıblar .
Tədbirdə, əlaçı şagirdlər, tələbə adını qazanan məzunlar və təhsildə fərqlənən müəllimlərə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və deputat Ağalar Vəliyevin təşəbbüsü ilə mükafatlar təqdim edilib
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Vəliyevin diqqətindədir

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər