Elşad Nağıyev: Bir distribütor şirkəti kimi Tempusun əsas fəaliyyəti Azərbaycan bazarı üçün keyfiyyətli, innovasion, zamanın tələbatına uyğun məhsulları araşdırıb tapmaq və pasientlərə təqdim etməkdir

Elşad Nağıyev: Bir distribütor şirkəti kimi Tempusun əsas fəaliyyəti Azərbaycan bazarı üçün keyfiyyətli, innovasion, zamanın tələbatına uyğun məhsulları araşdırıb tapmaq və pasientlərə təqdim etməkdir


“Tempus MMC”-nin direktoru Elşad Nağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elşad Nağıyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elşad Nağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Tempus MMC”-nin direktoru Elşad Nağıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Elşad Nağıyev: Bir distribütor şirkəti kimi Tempusun əsas fəaliyyəti Azərbaycan bazarı üçün keyfiyyətli, innovasion, zamanın tələbatına uyğun məhsulları araşdırıb tapmaq və pasientlərə təqdim etməkdir


TEMPUS Şirkəti 2000-ci ildən Azərbaycanda bir çox sahələrdə; bankçılıq, tikinti, maşın ehtiyat hissələrinin topdan və pərakəndə satışı, kənd təsərrüfatı, qida və qeyri-qida sahələrində fəaliyyət göstərən “Şirkətlər Qrupu”nun bir üzvüdür. Qrup əczaçılıq bazarına 2010-cu ildə Tempus şirkəti ilə daxil olmuşdur. Hazırda şirkət, Azərbaycanda dərman vasitələrinin qeydiyyatı, idxalı və marketinqi ilə məşğuldur. Tempus şirkəti öz daxilində üç qoldan ibarətdir və hər qol aşağıdakı fəaliyyətlərlə məşğuldur:
• “Tempus MMC” – məhsulların qeydiyyatı və marketinqi
• “Dərman MMC” – dərman vasitələrinin idxalı
• “Nes Group” - qida əlavələrinin və tibbi cihazların, qeydiyyatı, idxalı və marketinqi

Tempus şirkəti 2010-cu ildə distribütor və marketinq şirkəti kimi yaradılmışdır. Tempus-un baş ofisi Bakıda yerləşir.
Tempus şirkətinin mərkəzi ofisi Bakı şəhərində yerləşir. Həmçinin, şirkətin 12 regional bölməsi var:

Bir distribütor şirkəti kimi Tempusun əsas fəaliyyəti Azərbaycan bazarı üçün keyfiyyətli, innovasion, zamanın tələbatına uyğun məhsulları araşdırıb tapmaq və pasientlərə təqdim etməkdir. Tempusun əsas marketinq vasitələri:
Tibbi nümayəndələrin fəaliyyəti, məhsul rəhbərlərinin həkim və aptek ziyarətləri, həkim və əczaçıları toplamaqla məhsul təqdimatı və konfransların təşkili, təbliğat materiallarının (broşur və s.) çatdırılması, TV reklamları və s.

Tempus şirkətində 100-dən artıq işçi çalışır. Bunların 80 nəfəri – tibbi nümayəndələr, satış və məhsul menecerleri, digərləri isə adminstrativ şöbələrdə çalışan işçilərdir. “Tempus” öz əczaçılıq fəaliyyəti ilə bütün Azərbaycan ərazisini əhatə edir.

Fəaliyyət göstərdiyi əsas terapevtik sahələr



Allergologiya Nefrologiya

Andrologiya Oftalmalogiya

Artrologiya Onkologiya

Cərrahiyyə Otorinolarinqologiya

Dermatovenerologiya Parazitologiya

Fizioterapiya Pediatriya

Ftiziatriya Pulmonologiya

Endokrinologiya Revmatologiya

Ginekologiya Terapiya

Hematologiya Travmatologiya

İnfektologiya Urologiya

Kardiologiya

Qastroenterologiya

Nevrologiya

OTC preparatlar (reseptsiz satılan məhsullar)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər