Dr. İsmayıl İsmayılov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən insandır

Dr. İsmayıl İsmayılov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən insandır


Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Dr. İsmayıl İsmayılov insanların, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Dr. İsmayıl İsmayılov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən insandır. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən səhiyyə adamıdır ki, o, hər bir ehttiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Dr. İsmayıl İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Dr. İsmayıl İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Dr. İsmayıl İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İxtisas:

Otolarinqoloq (Lor)

Ali Təhsil:

• Rusiya Federasiyası Saratov Dövlət Tibb Universitetində ali təhsil almışdır

• Rusiya Federasiyası Saratov Dövlət Tibb Universitetində universitetində Ümumi Cərrahiyyə üzrə internatura keçmişdir

• 2006-2008-ci illərdə Moskvada Səhiyyə Nazirliyinin “Otorinolarinqologiya” Elmi Kliniki Mərkəzində ordinatura keçmişdir



Kurs, təlim və seminarlar:



• 2006-cı ildə Rusiya Xalqlar Dostluğu Universitetində İlkin İxtisaslaşma (Otolarinqologiya) kursusunu bitirmişdir

• Rusiya Federasiyası Prezident Aparatı tədris və tədqiqat tibb mərkəzində isə “Sübut əsaslı tibb nöqteyi-nəzərindən farmakoterapiya və qulaq, burun, boğaz xəstəlikləri üzrə mühafizə-tədris kursunu bitirmişdir

• 2008-ci ildə Moskvada Lazer təbabəti üzrə Dövlət Elmi Mərkəzində kurs bitirmişdir və nəticədə tibbi lazer avadanlığı ilə işləmək hüququ almışdır

• 2010-cu ildə Moskvada Səhiyyə Departamentində “Birinci Kateqoriyalı Həkim” kursunu bitirmişdir

• 2011-ci ildə isə “Otorinolarinqologiya” Elmi Kliniki Mərkəzində “Surdologiya və eşitmə orqanının protezləşdirilməsi” kursunu bitirmişdir



Bildiyi dillər:
• Azərbaycan
• Rus
• İngilis
• Türk

İş Təcrübəsi:

• Moskva Otorinolarinqoloqlar Cəmiyyətinin üzvüdür

• Saratov şəhər xəstəxanası

• 219 saylı Moskva şəhər xəstəxanası

• Medera Hospital

• Medical Plaza

• Hazırda VİP Milan Hospitalda Qulaq, burun, boğaz həkimi – Otolarinqoloq həkim vəzifəsində fəaliyyət göstərir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər