Rafiq Quluyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir

Rafiq Quluyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Rafiq Quluyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Rafiq Quluyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rafiq Quluyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rafiq Quluyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Antiterror tədbirləri zamanı şəhid olan İsmiyev Zeynal Mustafa oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub

Rafiq Quluyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir


Antiterror tədbirləri zamanı şəhid olan İsmiyev Zeynal Mustafa oğlunun məzarı 30 oktyabr 2023-cü ildə Xətai rayon ictimaiyyəti tərəfindən ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, RİH aparatının kollektivi, bələdiyyə sədrləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Daha sonra İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Canı bahasına şanlı tariximizi yazan şəhidlərimizlə fəxr edirik, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Rafiq Quluyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər