Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Orxan Mürsəlovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Orxan Mürsəlov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Miskinli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Miskinli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir.
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılmış, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Vətən müharibəsi şəhidi Elsəvər Əliyevin övladları Ömər və Yusifin kiçik toy məclisində iştirak etmiş, ən xoş arzularını çatdırmışdır
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Vətən müharibəsi şəhidi Elsəvər Əliyevin övladları Ömər və Yusifin kiçik toy məclisində iştirak etmiş, ən xoş arzularını çatdırmışdır.






