Bahəddin Leysanov: Pambıqçılıq Azərbaycan iqtisadiyyatının ən gəlirli sahələrindəndir

Bahəddin Leysanov: Pambıqçılıq Azərbaycan iqtisadiyyatının  ən gəlirli sahələrindəndir




MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov - Azərbaycanda pambıqçılığın inkişafı üçün hər cür şərait var.... “Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların böyük bir qismi aqrar sahəni əhatə etməkdədir. Bu mənada indi aqrar sektorda ötən illərə nisbətdə daha dinamik inkişaf müşahidə olunur. Azərbaycanda pambıqçılığın inkişafı mühüm sosial əhəmiyyət daşıyır. Lakin biz pambığa təkcə xammal kimi baxmayıb, ondan digər məhsullar istehsal edərək dünya bazarına ixrac etsək, daha çox qazanc əldə edə bilərik". "Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır.

Bahəddin Leysanov: Pambıqçılıq Azərbaycan iqtisadiyyatının  ən gəlirli sahələrindəndir

Əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər biz statistikaya nəzər salsaq görərik ki, Ulu Öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilirdi. Amma ötən əsrin 90-cı illərindən sonra müəyyən problemlər yarandı. İndi isə prezident İlham Əliyevin başçılığı altında artıq dövlət tərəfindən də bu sahəyə xüsusi diqqət yetirilir. Ölkə başçısının bu sahəyə uyğun müvaffiq göstərişlərindən sonra Azərbaycanda pambıqçılıqa maraq daha da artıb”.

Bahəddin Leysanov: Pambıqçılıq Azərbaycan iqtisadiyyatının  ən gəlirli sahələrindəndir


Pambıq geniş əhatəli, universal texniki bitkidir. Onun əhəmiyyəti əvəzolunmaz lifə malik olması ilə bağlıdır. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan müxtəlif növ parçalar, iplik və geyimlər alınır, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Pambıq bitkisindən 250-dən artıq adda məhsul istehsal edilir. O, maşınqayırma və təyyarə sənayesində, kimya sənayesində, heyvandarlıqda və s. sahələrdə çox qiymətli xammaldır.
Mən 1985-ci ilin Avqust ayından Neftçala pambıqtəmizləmə zavodunda Direktor vəzifəsində çalışmışam. İşlədiyim müddətdə Kollegiyanın üzvü olmuşam. Hər il yaxşı işlədiyimizə görə zavodumuz keçici Qırmızı Bayraqla təltif olunub və mükafatlar almışıq.

1987,1988,1989-cu illərdə kənar rayonlardan, Biləsuvar (o vaxtki Puşkin) rayonunun Ağalıkənd və Bolqarçay məntəqələrindən, Beylaqan (Jdanov) rayonunun Azərbaycan və Sarısu məntəqələrindən, Ağcabədi rayonunun Ağcabədi,Hüsülü və Beylaqan məntəqələrindən hər il cəmi 60-62 ton pambıq qəbul etməklə yüksək keyfiyyətli mahlıc istehsal edib (QOST normasında) kapitalist ölkələrinə göndərmişik.

Neftçala işləyən pambıq zavodunun illik pambıq emal gücü başqa zavodlar kimi 40 min ton olub.Biz istirahət günləri də olmaqla, bütün il boyu Avqust ayının 10-15 nə kimi yüksək mahlıc emal etməklə göstərilənlərin öhdəsindən gəlmişik.Bizim zavodun layihəsi ilə tikilmiş eyni güclə olan respublikada heç bir zavod bir il ərzində bizim qədər pambıq emal etməmişdir.

1990-1991-ci illərdə Neftçala Xalq Deputatlar Sovetinin İcrayyə Komitəsinin Sədri vəzifəsində çalışmışam. Bu vəzifənin 1991-ci ildə Dövlət tərəfindən ləğv olunması və seçkili orqanda işlədiyim üçün yenidən 1991-ci ilin Noyabr ayından pambıq zavoduna Direktor vəzifəsinə qayıtmışam.

1994-cü ildə Respublikada yeganə bizim rayonda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə İsraildən yeni gətirilən “Akala” pambıq sortunu nəzarətimizlə əkmişik. Bununla əlaqədar 2 dəfə Ulu Öndərin qarşısında Prezident Aparatının akt zalında çıxış etmişəm. 1994,1995,1996-cı illərdə Kənd Təsərrüfatı Nazirliyindən Prezident Aparatında Ulu Öndər Heydər Əliyev tərəfindən keçirilən reformalarla əlaqədar kiçik qrup şəklində (15-20 nəfərlə) yığıncaqlarda iştirak etməklə Kənd Təsərrüfatı Nazirliyini təmsil edərək nümayəndə kimi təkliflərlə çıxış etmişəm. Həmin illərdə bizim zavodun göstəriciləri yaxşı olduğu üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni texnologiyalı İtaliya və Fransa dövlətlərin xarici, toxunmayan parça sexi tikilmiş və işləmişdir.

1997-ci ildə zavod Açıq Səhmdar Cəmiyyətə çevrildiyi zaman zavodda Sədr kimi fəaliyyət göstərdim. 2000-ci ilin Yanvar ayından nisbətən pambıq istehsalı Neftçalada azaldığından MKT Rəhbərliyi tərəfindən Salyan ASC-nin Sədri işləməklə Neftçala ASC-yə də Rəhbərlik etdim.

2016-cı ildə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Regionların iqtisadi inkişaf” proqramına uyğun olaraq Neftçalada pambıq istehsalı artdığına görə indiki Rəhbərliyin göstərişi ilə 2017-ci ilin May ayından “MKT Neftçala” filialında Direktor işləməyə başladım. Bu illərdə ildən ilə bütün sahələrdə şəxsən “MKT Sistehsalat Kommersiya” MMC-nin İdarə heyətinin Sədri Rövşən Həsənovun bizim Filiala göstərdiyi qayğı və diqqətin nəticəsində göstəricilərimiz artaraq yüksək olmaqla nəticədə 2018-ci ildə mən şirkət tərəfindən “İlin Direktoru” nominasiyasında Diplom ilə təltif olundum. Hal-hazırdada göstəricilərimiz və işimiz kollektivin birgə səyi nəticəsində göz qabağındadır. Bütün Rəhbərliyə və kollektivimə minnətdaram ki, bizi hörmətli edib, gözdən salmadılar. Söz verirəm ki, bu işlərin davamı olacaq.


Bahəddin Leysanov: Pambıqçılıq Azərbaycan iqtisadiyyatının  ən gəlirli sahələrindəndir


“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir. Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir, bununla da o, məsələn, Amerika pambığından öz sarımtıl çalarları ilə fərqlənir.
Regionlarda yerləşən Pambıq Emalı, Qəbul Məntəqəsi və İnnovasiya filiallarından başqa “MKT İstehsalat Kommersiya” MMC-nin Bakı şəhəri və Mingəçevir şəhəri ərazisində xam pambıq mahlıcından müxtəlif növ ipliklər istehsal edən "Bakı Tekstil Filialı" və "Mingəçevir Tekstil Parkı", Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən "Şirvan Yağ Emalı Zavodu" fəaliyyət göstərməkdədir.

“MKT İstehsalat Kommersiya” MMC tərəfdaşlarına və alıcılara öz mallarının yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına zəmanət verir. Cəmiyyət inkişaf dinamıkasını qorumaq üçün strateji əhəmiyyətli regional filiallarda əsaslı təmirlər, yenidənqurma işləri və modernizasiyalar həyata keçirir.

Zavod və müəssisələrə yeni və daha müasir Türkiyə, ABŞ, Özbəkistan Respublikası, İsveçrə və Ukrayna Respublikasında istehsal olunmuş avadanlıqlar, texniki vasitələr və mütəxəssislər cəlb edilir.

“MKT İstehsalat Kommersiya” MMC hazır məhsulları üzrə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi"ndən Uyğunluq Sertifikatı almışdır.

2021 mövsümündə cəmiyyət 45,7 min ha sahədən 29 s/ha xam pambıq istehsal etmişdir. 2021-ci ilin bütün ayları üzrə və 2022-ci ilin ilk rübü üzrə “MKT İstehsalat Kommersiya” MMC qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisəmizdə işçi sayısı 3200 nəfərdən çoxdur və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər