Mahir Qəribov: İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə ölkədə aqrar sahənin, onun vacib qolu olan pambıqçılığın inkişafı son illərdə sözün əsl mənasında prioritet məsələyə çevrilib

Mahir Qəribov: İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə ölkədə aqrar sahənin, onun vacib qolu olan pambıqçılığın inkişafı son illərdə sözün əsl mənasında prioritet məsələyə çevrilib


Kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var.

Pambıqçılıq bu yerlərdə dədə-baba peşəsi hesab olunur. Dövlət başçımız cənab İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə ölkədə aqrar sahənin, onun vacib qolu olan pambıqçılığın inkişafı son illərdə sözün əsl mənasında prioritet məsələyə çevrilib.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Kürdəmir Pambıq” ASC-nin rəisi Mahir Qəribovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Kürdəmir Pambıq” ASC-nin rəisi Mahir Qəribov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mahir Qəribov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Kürdəmir Pambıq” ASC-nin rəisi Mahir Qəribova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Kürdəmir Pambıq” ASC-nin rəisi Mahir Qəribovdur.

“Kürdəmir Pambıq” ASC-nin rəisi Mahir Qəribov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mahir Qəribov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mahir Qəribov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Mahir Qəribov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mahir Qəribov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mahir Qəribov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mahir Qəribovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mahir Qəribov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mahir Qəribov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Kürdəmir Pambıq” ASC-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mahir Qəribov özünü doğruldub. Bizdə hörmətli Mahir Qəribovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər