Ramil Salmanov: Hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir

Ramil Salmanov: Hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə direktoru Ramil Salmanov - Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətədavamlı şəkildə inkişaf edir. Bu uğurların əsasında düşünülmüş, uzaqgörən siyasət dayanır.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanın inkişaf strategiyasını müəyyən edib. Hazırda Prezident İlham Əliyev tərəfindən bu strategiya uğurla həyata keçirilir, həmçinin, müasir dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirilir.

Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur.

Hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ramil Salmanovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə direktoru Ramil Salmanovdur.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə direktoru Ramil Salmanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Ramil Salmanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ramil Salmanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ramil Salmanovdan danışdılar yaxşı ki, Ramil Salmanov Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə direktoru təyin olunub… Ramil Salmanov öz isguzarlığı ilə tanınır və seçilir….

Ramil Salmanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ramil Salmanovu heç vaxt əqidəsindən döndərə bilməz.

Ramil Salmanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ramil Salmanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ramil Salmanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ramil Salmanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ramil Salmanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ramil Salmanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Ramil Salmanov özünü doğruldub. Bizdə hörmətli Ramil Salmanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər