Prezident Bərdədə müşavirə keçirir — FOTO / YENİLƏNİB

Prezident Bərdədə müşavirə keçirir — FOTO / YENİLƏNİB














Prezident İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
"Ölkə.Az" xəbər verir ki, Prezident İlham Əliyev fermerlər Fatma Hüseynovaya, Tofiq İsmayılova və Fazil Musayevə 1-ci dərəcəli “Əmək” ordenlərini təqdim edib.

***

Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
"Ölkə.Az" xəbər verir ki, Mədəniyyət Mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilir.

Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söyləyib.

Sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etdilər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.


Prezident Bərdədə müşavirə keçirir — FOTO / YENİLƏNİB
Prezident Bərdədə müşavirə keçirir — FOTO / YENİLƏNİB
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər