Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur

Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur











Ağcabədi hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub

Redaksiyamıza Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov haqqında ilginc məlumatlar və bu mövzuda başqa yazılar daxıl olub. Yazılarda qısaca qeyd olunur ki, Ağcabədi rayonunda vəziyyət bərbad gündədir.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun bir çox biznesləri və başçılıq etdiyi Ağcabədi rayon İcra Hakimiyyətində neqativ hallardan bəhs edilir.

Bakuxeber.info olaraq Ağcabədi rayonu haqqında əsassız yazıları nəzərə alaraq məqalə hazırlamağa qərara gəldi:

Sürətli inkişaf yolunda olan rayonlardan biri də Ağcabədidir. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Şahin Məmmədovun operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.

Ağcabədidəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.

İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülməlidir.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Ağcabədidə kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan sahibkarlıq burada yeni inkişaf dövrünü yaşayır. Sahibkarlar problemlərinin həllində rayon İcra Hakimiyyətindən həmişə dəstək görürlər.

Ağcabədidə pambıqçılıqla bağlı çox dəyərli göstərişlər verilib. Ağcabədi rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedir, pambıqçılığın şöhrəti bərpa olunur. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir.

Kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmış, pambıqçılıq ölkə iqtisadiyyatının möhkəmləndirilməsində müstəsna rol oynamaqla, əhalinin sosial-iqtisadi vəziyyətinin, bütövlükdə həyat səviyyəsinin yüksəldilməsinə geniş imkan yaratmışdı. Bu gün pambığa qayıdış kəndlərimizə yeni nəfəs gətirib, insanlarda böyük coşqu və yüksək əhval-ruhiyyə yaradıb.

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Şahin Məmmədov və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.

İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunur
Ağcabədidə pambıqçılığın şöhrəti sürətlə bərpa olunurБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər