Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedir

Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedir





Sürətli inkişaf yolunda olan rayonlardan biri də Sabirabaddır. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Nazim İsmayılovun operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.

İlk olaraq diqqəti, Sabirabaddakı inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.

Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedir

Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülməlidir.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə rayon icra hakimiyyətinin başçısı yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Sabirabadda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan sahibkarlıq burada yeni inkişaf dövrünü yaşayır. Sahibkarlar problemlərinin həllində rayon İcra Hakimiyyətindən həmişə dəstək görürlər.

Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedir

***
Ulu öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedir, pambıqçılığın şöhrəti bərpa olunur. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir.

Kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmış, pambıqçılıq ölkə iqtisadiyyatının möhkəmləndirilməsində müstəsna rol oynamaqla, əhalinin sosial-iqtisadi vəziyyətinin, bütövlükdə həyat səviyyəsinin yüksəldilməsinə geniş imkan yaratmışdı. Bu gün pambığa qayıdış kəndlərimizə yeni nəfəs gətirib, insanlarda böyük coşqu və yüksək əhval-ruhiyyə yaradıb.




Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedir
Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedir
Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedir
Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedir
Sabirabad rayonunda pambıqçılığın bərpası işi sürətlə gedirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər