Qaradağ Yük Stansiasının rəisi Məhərəm Məmmədov: Azərbaycan Dəmir Yolunun dinamik inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Qaradağ Yük Stansiasının  rəisi Məhərəm Məmmədov: Azərbaycan Dəmir Yolunun dinamik inkişafı  ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır













Bakı şəhəri gündən-günə nəzərəçarpacaq dərəcədə gözəlləşir, çiçəklənir, sosial-iqtisadi baxımdan inkişaf edir. Bu gün şəhərimizdə gözoxşayan tikililər, paytaxtımızın mövcüd sanitar vəziyyəti, insanların rahat istirahətini təmin etmək üçün yaradılan parklar və müasir tipli yaşayış kompleksləri, beynəlxalq standartlara uyğun müxtəlif təyinatlı sosial obyektlərin yaradılması, yol infrastrukturunun dünya səviyyəsinə uyğunlaşdırılması ölkəmizin necə sürətlə inkişaf etdiyinin göstəricisidir. Bu tərəqqi təkcə paytaxtımızı deyil, respublikamızın bütün bölgələrini əhatə edir. Elə buna görə də dünyanın bütün ölkələrindən respublikamızın bir çox bölgələrinə turist axını ildən ilə artmaqdadır. Bakı şəhəri bu gün dünyanın ən gözəl və iqtisadi baxımdan öndə gedən şəhərləri sırasındadır. Sözsüz ki, şəhərimizin sosial-iqtisadi inkişafında 12 rayonun hər birinin öz payı vardır. 92 illik tarixi olan Qaradağ rayonu da bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Iqtisadiyyatın əsas sahəsini təşkil edən nef və qaz sənayesi müəssisələrinin məhz burada yerləşdiyini nəzərə alsaq Qaradağ rayonunun tam bir sənaye rayonu olduğunu söyləyə bilərik.

Qaradağ Yük Stansiasının rəisi Məhərəm Məmmədov ilk özcə xatırlatdı ki, Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.

Qaradağ Yük Stansiasının rəisi Məhərəm Məmmədov qeyd etdi ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verilmişdir. Ümummilli liderimizin rəhbərliyi altında o zamanki sovetlər ittifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılmışdır.

Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır.

Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.

Məhərəm müəllim sonda qeyd etdi ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi iinkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər