Sabirabad rayonunda “Möhtəşəm Qələbəmiz Tariximizin Zəfər səlnaməsidir” adlı tədbir keçirilib

Sabirabad rayonunda “Möhtəşəm Qələbəmiz Tariximizin Zəfər səlnaməsidir” adlı tədbir keçirilib


Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov - Dünyanı öz qüdrəti ilə təəccübləndirən Azərbaycan tarixdə misli görünməmiş bir tarix yazdı. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Artıq bir neçə gündən sonra xalqımız şərəfli tarixini – Zəfər gününü qeyd edəcək.
44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o gün nəhayət ki, 2020-ci ilin 10 noyabrında reallaşdı. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm qələbə ilə yekunlaşdırdı. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi. Azərbaycan tarixinə, milli yaddaşımıza qızıl hərflərlə həkk olunan 10 noyabr yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. 30 illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.

Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı. Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gərərək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi və sonda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən bütün yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.

************

Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı. Bu tarixi qələbə münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin təşkilatçılığı ilə “Möhtəşəm qələbəmizin Zəfər səlnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, bir qrup vətən müharibəsi qaziləri, şəhid ailələri, məktəblilər, hərbi təlim müəllimləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Sabirabad rayonunun mərkəzi meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini, daha sonra Sabirabad Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə mərasim açıq elan olunub. Sonra vətən uğrunda canından qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlisafa Məmmədov, Sabirabad rayon icra hakimiyyəti başçısnın birinci müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və Vətən Müharibəsi qazisi Murad Bağırov çıxış edərək Zəfər tariximizdən və bu zəfərin əldə olunmasından danışıblar.

Sonra Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamları ilə Vətən Müharibəsi iştirakçalarının göstərdikləri sücayətlərinə görə, ölümündən sonra təltif olunduqları medalları şəhidlərimizin valideynlərinə təqdim olunub.


Sabirabad rayonunda “Möhtəşəm Qələbəmiz Tariximizin Zəfər səlnaməsidir” adlı tədbir keçirilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər