Ayaz Əsgərov: Qalib Azərbaycanla hamı hesablaşır

Ayaz Əsgərov: Qalib Azərbaycanla hamı hesablaşır


Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov - Şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsi kimi tarixə yazıldı. 44 günlük müharibənin hər bir günü zəfər günü oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordumuza inamı Vətən müharibəsində bir daha təsdiqləndi. Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan etdilər.

Torpaqlarımız şəhidlərimizin qanı, canı bahasına geri alınıb. Şəhidlərimizin döyüş yolu, qəhrəmanlıqları hər bir Azərbaycan gənci üçün məktəbdir. Zəfərimiz vaxtilə itirilmiş qürurumuzu özünə qaytardı. Milli Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımılara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Düşmən üzərində tam Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyinin təsdiqi oldu. Bu qələbə, ordumuzun zəfər sevinci xalqımızın müzəffər Sərkərdə İlham Əliyevin ətrafında "dəmir yumruq" kimi birləşməsinin ifadəsi idi. Bu qələbələr ordu quruculuğu istiqamətində aparılan islahatların, çəkilən zəhmətin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" sözlərini döyüş meydanında gerçəkləşdirən rəşadətli ordumuz gücünü dünyaya bəyan etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri Gününü Zəfər sevinci ilə qeyd edirik.

Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır. Əminliklə söyləmək olar ki, qüdrətli Azərbaycanın qalib ordusu bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və yeni nailiyyətlərin, zəfərlərin altına imza atacaq!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər