Nizami Həsənov:Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır

Nizami Həsənov:Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır



Xaçmaz rayon Maliyyə idarəsinin rəisi Nizami Həsənov - Ölkə Prezidenti növbəti dəfə Fransanın nüfuzlu "France24" televiziya kanalına müsahibəsində bir sıra vacib məqamlara toxunub. Jurnalistin yenə də ünvanladığı suallarda bir qədər təxribat xarakterli provokativ suallar da var idi. Lakin bütün hallarda ölkə Prezidenti cənab İlham Əliyev yenə də qətiyyətli siyasi iradə və eyni zamanda diplomatik məharət nümayiş etdirməklə hər bir suala dolğun cavab verdi. Digər tərəfdən cənab Prezident tərəfindən səsləndirilən cavablar Ermənistana bir mesaj idi.

Preizdent İlham Əliyev tərəfindən müsahibədə verilən mesajlar ümumilikdə Ermənistana himayədarlıq edən qüvvələrə bir siqnal idi. ənab Prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Azərbaycanın təqdim etdim etdiyi ismarıclar üzrə hazırdır. Azərbaycan güclü dövlətdir və Azərbaycana qarşı yenidən hər hansı təhdid olarsa, Azərbaycan bunun qarşısını almağa hər zaman qadirdir.

Vətən Müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.

Azərbaycan xalqının 44 günlük şərəfli mübarizəsində canından keçən 3 minə yaxın igid Vətən oğlu şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbiçimiz yaralandı. 27 sentyabr qəhrəmanlarımızın Anım günüdür. Bizə qürur yaşadan hərbçilərimizin bu şücaətini heç zaman unutmayacağıq. Onların ailələri bizə, bu vətənə, bu xalqa əmanətdir. Azərbaycan xalqı vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinin, qazilərimizin hər an yanındadır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər