Deputat: “Qələbə paradı Ali Baş Komandanın sərkərdəlik məharətinin və ordumuzun qüdrətinin dünyaya nümayişi olacaq”

Deputat: “Qələbə paradı Ali Baş Komandanın sərkərdəlik məharətinin və ordumuzun qüdrətinin dünyaya nümayişi olacaq”


“Dekabrın 10-da Bakıda 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Zəfər çalan Azərbaycan ordusunun Qələbə paradı keçiriləcək. Bu Qələbə paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və gələcək nəsillər bu günü qürurla yad edəcək. Çünki son yüzilliklərdə Azərbaycan dövlətçiliyində belə möhtəşəm qələbə Zəfəri olmamışdı. Zəfərlərimiz olsa da, tporpaq itkisi ilə üzləşmişdik. Amma bu dəfə müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsəd müdrik, uzaqgörən, qətiyyətli, cəsarətli və məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad edildiş və ərazi bütövlüyümüz təmin olundu. Hesab edirəm ki, digər sahələrdə uğurlarımız olsa da, torpaqlaırmız işağal altında olduğundan insanlaırmız qələbələri qeyd etsə də, xalqımızın işində bir boşluq var idi. Amma düşmən üzərində şanlı qələbədən sonra keçiriləcək bu Qələbə paradı bax, həmin boşluğu dolduracaq. Xalqımız uzun illər didi ki, belə bir qələbəyə təşnə idi və müzəffər sərkərdə, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu bu sevinci bizə bəxş etdi”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, həm Ali Baş Komandan, həm də ordumuz illərdir, zəfər qazanmaq üçün hazırlaşırdı. “ Döyüş meydanında, gecə-gündüz təlimlər keçirilirdi. Qələbəmizdə birliyimiz də mühüm rol oynadı. Cənab prezidentin göstərdiyi dəmir yumruq kimi birləşdik. Qarabağ məsələsində, müharibə müddətində xalqımız dövlət başçısının ətrafında sıx birləşdi. İstər evləri dağılan sakinlər, istərsə də erməni terroruna məruz qalan vətəndaşlar böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər. Kimliyindən asılı olmayaraq hər kəsin bir amalı vardı: qələbə qazanacağıq”- millət vəkili qeyd edib.

O əlavə edib ki, cənab Ali Baş Komandanın da dediyi kimi ərazi bütovlüyümüz bərpa olunanadək irəli gedəcəyik: “Cənab Ali Baş Komandan bu döyüşlərdə öz sərkərdəlik məharətini göstərdi. Təbii ki, rəşadətli Azərbaycan ordusu da Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı. Tarix Azərbaycan ordusunun bu qəhrəmanlıq dastanı hələ çox öyrəniləcək. Məhz ordumuzun döyüşdə misilsiz qəhrəmanlığı nəticəsində düşmən darmadağın edilərək ağrı məğlubiyyətə uğradıldı. Nəticədə rəşadətli Azərbaycan ordusu ərazi bütövlüyünü təmin edərək tarixi qələbə zəfərini qazandı. Bu tarixi Zəfər günü sabah Bakıda Qələbə paradı ilə qeyd olunacaq. Bu Azərbaycanın xalqının haqq etdiyi bir bayramdır. O baxımdan da Qələbə Paradı öz möhtəşəmliyi və mahiyyəti ilə seçiləcək. Paradda döyüşdə iştirak edən hərbi hissələrin nümayəndələri də olacaq. Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlər sıra addımı ilə qələbəni qeyd edəcəklər. Paradı izləyən hər kəs qürur və sevinc göz yaşı axıdacaq. Həm də Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları bizimlə olacaq.

Onların qanı yerdə qalmadı, Azərbaycan torpaqları azad olundu. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Hər zaman arzu edirdik ki, cənab Ali Baş Komandan, döyüş əmr verin! Əmr verildi və layiqincə yerinə yetirildi. Onu da xüsusilə qeyd etmək yerinə düşər.Cənab Prezident Silahlı Qüvvələrin 100 illiyində keçirilən paradda çıxışında demişdi ki, biz işğal altında olan torpaqlarımızı mütləq azad edəcəyik: "Gün gələcək ki, işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəli, dekabrın10-u həm də o gündür. Cənab Prezidentin çıxışıdan düz iki il sonra cənab Prezident bu arzuları reallaşdırdı. Sabah həm də cənab Prezidentin dediyi kimi Şuşaya sancılan üçrəngli Azərbaycan bayrağı Azadlıq meydanında Qələbə paradında dalğalanacaq. Bu bir da göstərdi ki, bizim necə güclü, qüdrətli, qətiyyətli, müdrik liderimiz var”.

Deputat onu da bildirib ki, 44 günlük müharibədə Azərbaycandan siyasi, mənəvi dəstəyini əsirgəməyən, dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin nümunəsini bir daha nümayiş etdirən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıda cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə paradda iştirak edəcək: “Qələbə paradı həm də Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin növbəti təqdimatı olacaq. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaq. Prezident İlham Əliyevin dekabrın 1-də xalqa müraciətində qeyd etdiyi kimi, “Azərbaycanın müasir tarixində yeni mərhələ başlayır. Bu mərhələdə işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçiriləcək. Ən əsası isə budur ki, biz yeni mərhələyə daha güclü və qüdrətli Azərbaycanla qədəm qoyuruq”. Bəli, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında hələ çoxsaylı uğurlara, qələbələrə imza atacaq!”
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər