Siraqəddin Cabbarov: Bayrağımızın dalğalandığı hər bölgəmizdə olduğu kimi azad olunan Qarabağda da inkişaf təmin edilir

Siraqəddin Cabbarov: Bayrağımızın dalğalandığı hər bölgəmizdə olduğu kimi azad olunan Qarabağda da inkişaf təmin edilir


Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov - Qarabağın azad olunması-bu ifadə yaddaşlara həkk olundu və dillər əzbərinə çevrildi. Azad olunma-bu anlayış düşmənimizin gerçəkdən işğalçı olması gerçəkliyini bütün dünyaya bəyan etdi. Qafqaz bölgəsində əzəldən bəri sülhməramlı siyasət yeridən Azərbaycan tərəfinin bu azadolunmadan sonrakı addımları, yeritdiyi siyasət onun sözün əsl mənasında sülhə maraqlı olduğunun dəlili oldu.

2020-ci ildə baş verən şanlı qələbədən sonra bölgədə təqdirəlayiq addımlar atıldı. Aparılan danışıqlarda qarşı tərəfin mənfur düşmən olmasına baxmayaraq, ölkə başçısının diktələri onun necə humanist insan olduğunun bariz nümunəsi olmuşdur. Bu zəfər bizim zəfərimizdir. Verilən BMT qətnamələrinin cavabsız qalmasına rəğmən Ermənistan tərəfinin öz əzəli davranışlarından əl çəkməməsi bütün dünyaya bəyan idi. Dünya birliyi buna hər dəfəsində susurdu. 2020-ci il iyul döyüşləri və 27 sentyabrda başlanan II Qarabağ müharibəsi sanki bütün dünyaya layiqli bir cavab oldu. Azad olunan bölgələrdə yaşayan ermənilərin həmin bölgələri tərk etməsi üçün verilən vaxt bunun bariz nümunəsidir. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər.

Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”. Füzuli–Şuşa yolunun inşasına başlanılması, eyni zamanda, Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun parlaq təzahürü idi. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan düşmən həmin ərazilərdə nəinki daşı daş üstə qoyub, əksinə, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşayış sahələrində dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub.

Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir. Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Bayrağımız dalğalanan hər bölgəmizdə olduğu kimi azad olunan Qarabağda da inkişaf təmin edildi. Yollar çəkildi, infrastruktur yenidən quruldu, məktəblər açılır və daha neçə belə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Həyata keçirilən bu hərbi əməliyyatların ən böyük nəticəsi uzun illərdir Vətən həsrəti ilə yanan biz azərbaycanlıların arzusuna qovuşması oldu. İllərdir davam edən müharibə şəraitinə son qoyuldu və nəhayət ki, uzun zaman sonra müharibə bitdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər