Qüdrət Həsənquliyev: “Bu qələbə 1918-ci ildən sonra ən möhtəşəm qələbə idi”

Qüdrət Həsənquliyev: “Bu qələbə 1918-ci ildən sonra ən möhtəşəm qələbə idi”


“Bu qələbə 1918-ci ildən sonra bu ikinci ən möhtəşəm qələbə idi. Birinci qələbə 1918-ci ildə Bakını erməni işğalçılardan azad edən zaman oldu, ikinci qələbə isə 2020-ci ildə Qarabağın ermənilərdən azad olunmasıdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, qələbənin əldə edilməsində Azərbaycan ordusunun misilsiz xidməti oldu. “ Dünyada bir çoxları hesab edir ki, Azərbaycan ordusu güclü deyil və heç nəyə qadir deyil. Ancaq 44 günlük döyüş Azərbaycan ordusunun gücünü, qüdrətini və nəyə qadir olduğunu göstərdi. Dünya da gördü ki, Azərbaycan ordusu ən müasir silahalrdan istifadə etməyi bacarır. Döyüş meydanında hansı bacarıq və qabliyyətə malikdir”- millət vəkili qeyd edib.

O əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli və konfensiyalı ölkədir: “Azərbaycanda çoxsaylı millətlər və ən müxtəlif dinlərin nümayəndləri birgə sülh şəraitində yaşayır. Məhz bunun nəticəsi olaarq biz yumruq kimi birləşib ümumi vətənimiz uğrunda savaşa girib qalib gəldik.

Digər məqam isə Azərbaycanın beynəlxalq qamnunlara riayət edərək, hərbi əməliyyatlar zamanı qarşı tərəfdə mülki insanlaır və yaşayış məntəqələrini dağıtması. Bu da Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsinə və hörmətinin artmasına səbəb olacaq. Bu tarixi bir qələbə idi və hamını təbriqk edirəm”.

Deputat eyni zamanda bu prosesdə Azərbaycan dəstək verən ölkələrə öz təşəkkürünü bildirdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər