Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL

Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL


“Müzəffər ordumuz” adlı konsert proqramı təşkil olundu

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə “Müzəffər ordumuz” adlı konsert proqramı təşkil olunub. Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə hazırlanan, Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin yay zalında keçirilən konsertdə rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, hərbiçilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkəmizdə uğurlu ordu quruculuğu siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daha da uğurla davam etdirildiyini diqqətə çatdırdı. 44 günlük Vətən müharibəsinin tariximizə şanlı səhifə olaraq yazıldığını vurğulayan Alı Alıyev müzəffər ordumuzun bizlərə bəxş etdiyi böyük Zəfərin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu diqqətə çatdırdı. Bu qürura görə şanlı ordumuza, qəhrəman şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bir daha vurğulayan Alı Alıyev bütün xalqımızı və ordumuzu, eləcə də bütün Füzuliləri 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə ürəkdən təbrik etdi.Tədbir Füzuli rayon Mədəniyyət evinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdi.

Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL


“Heydər Əliyev və Azərbaycanda Dövlət Qulluğu siyasəti” adlı dəyirmi masa keçirildi
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL

23 iyun- Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə “Heydər Əliyev və Azərbaycanda Dövlət Qulluğu siyasəti” adlı dəyirmi masa keçirildi. Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Aparatın əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş dəyirmi masada ilk olaraq torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” adlı videçarx izləndi. Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın möhkəm təməlini yaratmasından, dövlət qulluğu sahəsində atdığı mühüm addımlardan bəhs etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət qulluğu siyasətinin daha da uğurla davam etdirilməsindən söz açan Alı Alıyev bütün dövlət qulluqçularını peşə bayramları münasibəti ilə ürəkdən təbrik etdi, məsuliyyətli, şərəfli peşələrində uğurlar arzuladı.
Daha sonra vəzifələrinin icrası zamanı fəallığı ilə fərqlənən bir qrup dövlət qulluqçusu rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olundular.

Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Alı Alıyev vətəndaşların problemlərini daim həll edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər