Sabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Sabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Muğan Gəncəli kəndində keçirilib

Sabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Muğan Gəncəli kəndində Muğan Gəncəli kənd inzibati ərazi dairəsini əhatə edən Muğan Gəncəli, Çiçəkli, Cəngan və Salmanlı kəndlərinin sakinləri ilə keçirdiyi səyyar görüş-qəbulda çıxış edərək sakinləri salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Görüş-qəbulda vətəndaşlardan Elşən Cəfərov, Əlsafa Kərimov, Babək Məlikov və başqaları tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Sabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Sabirabad rayonunda yerləşən N saylı hərbi hissədə bayram konserti keçirilmişdir

Sabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Sabirabad Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Sabirabad rayonunda yerləşən N saylı hərbi hissədə bayram konserti keçirilmişdir. Tədbirdə öncə vətən uğrundan canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Keçirilən tədbirdə Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Hərbi Hissə komandiri mayor Fərəhim Eyvazov, Milli Məclisin deputatı Ramin Məmmədov, Sosialist əməyi qəhramanı, Prezident təqaüdçüsü Fatma Hüseynova, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Silahlı Qüvvələrin yaranması, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğundan və rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunmasından ətraflı məlumat vermişlər.

Daha sonra N saylı Hərbi Hissəyə göstərilən mənəvi dəstəyə görə təşkilatçılar Hərbi Hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış müxtəlif musiqi nömrələri səsləndirilmiş, gənc əsgərlər rəqsə dəvət edilmişlər. Sonda Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrı tərəfindən “Bura Azərbaycandır” adlı vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Sabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər