Prezident onları təltif etdi - FOTO

Prezident onları təltif etdi - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yer alıblar.

Yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

Prezident onları təltif etdi - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər