Neftçala rayonunun Mirqurbanlı kəndində şəhidin doğum günü qeyd olunub və şəhid bulağının açılışı olub

Neftçala rayonunun Mirqurbanlı kəndində şəhidin doğum günü qeyd olunub və şəhid bulağının açılışı olub



44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən olan İmanov Məmmədağa İqab oğlunun Neftçala rayonu Mirqurbanlı kəndində şəhidin doğum günündə xatirə bulağının açılışı olub.
Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının,,idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və ictimaiyyət üzvləri iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən şəhidin atası İmanov İqab, anası İmanova Zəminə və şəhidin dostları şəhid İmanov Məmmədağanın həyat yolundan, döyüş şücaətlərindən danışıb və ruhu ehtiramla yad olunub.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı 44 günlük Vətən müharibəsində Cənab Prezident İlham Əliyevin qətiyyətli və uğurlu siyasətindən, əsgərlərin, zabitlərin şücaətindən danışıb və onların göstərdikləri fədəkarlıqların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Şəhid İmanov Məmmədağa İqab oğlu 04 aprel 2001-ci il Neftçala rayonu Dalğalı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2021-ci il iyun ayının 01-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə Məmmədağa İmanov ölümündən sonra təltif edilib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiribər.
27 sentyabr Anım günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidin ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.
Tədbir məktəblilərin hazırladıqları kompozisiyalar ilə davam edib.
Neftçala rayonunun Mirqurbanlı kəndində şəhidin doğum günü qeyd olunub və şəhid bulağının açılışı olubNeftçala rayonunun Mirqurbanlı kəndində şəhidin doğum günü qeyd olunub və şəhid bulağının açılışı olub
Neftçala rayonunun Mirqurbanlı kəndində şəhidin doğum günü qeyd olunub və şəhid bulağının açılışı olub


Neftçala rayonunda “Sağlam gənclik” adlı maarifləndirici tədbir keçirilib

Neftçala rayonunun Mirqurbanlı kəndində şəhidin doğum günü qeyd olunub və şəhid bulağının açılışı olub


Neftçala RİH dəstəyi və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Rayonun Xıllı qəsəbəsi R.Gözəlov adına 1 saylı tam orta məktəbdə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Komissiyanın İş Planına uyğun olaraq “Sağlam gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayonu İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin, Rayon Polis Şöbəsinin, Neftçala RMX PHŞ-nin məsul şəxsləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər bu gün ümumbəşəri bəla hesab olunan və “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən Qanunlar və Dövlət Proqramları haqqında tədbir iştirakçılarını məlumatlandırıb, aparılan təbliğat, maarifləndirmə işlərinin əhəmiyyətini xüsusi qeyd olunaraq bu sahədə əldə edilən uğurlu nəticələri nümunə göstərilib və videoçarx nümayiş etdirilib.

Neftçala rayonunun Mirqurbanlı kəndində şəhidin doğum günü qeyd olunub və şəhid bulağının açılışı olub


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər