Qax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Qax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Rayonda şəhid ailələri və müharibə qaziləri ilə görüş keçirilib

Qax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də müharibə qaziləri və iştirakçıları ölkəmizin hər yerində olduğu kimi, rayonda da diqqət və qayğı ilə əhatə olunublar. Rayonun mədəniyyət işçiləri də mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, müharibə qaziləri və iştirakçıları ilə görüşür, onlara mənəvi dəstək olurlar.

Rayonda Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Ölümsüzlüyə ucalanlar” adlı tədbirdə Vətən uğrunda canlarını qurban verən qaxlı şəhidlərin ömür yolundan, vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açılıb, xatirələri ehtiramla yad edilib.

Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon icra hakimiyyətinin rəsmiləri, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, YAP rayon təşkilatının sədri, şəhid qardaşı Natiq Allahverdiyev, Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova, rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova, “Şəlalə” qəzetinin redaktoru Xavər Əfəndiyeva və başqaları çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Şəhid Asəf Ağayevin, Anar Qarayevin ataları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq Teatrı aktyorlarının təqdim etdikləri “Xarı bülbül” tamaşasından parça, şəhidlərə aid videoçarxlar, şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Qax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLQax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Qax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan rayonumuzun mərd oğullarının anım mərasimi keçirilmişdir

Qax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Rayonda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində xatirələrinin anılması, ailələrinin ziyarət olunması artıq ənənə halını almışdır.

Bu günlərdə gizir Sahib Musayevin və MAXE Nihad Abbasovun ardınca Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Fərid Dursunovun da doğum günündə xatirəsi yad edilib.

Hər üç şəhidin anım mərasimlərində rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, gənclər, məktəblilər iştirak etmişlər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir. Anım mərasimlərində şəhidlərin Vətən müharibəsindəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz açılmışdır.
Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik!

RİH başçısının Ləkit Kötüklü kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

Qax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Ləkit kötüklü kəndində 14 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kənddə mövcud su dəyirmanına təhlükə yaradan çayın məcrasının, qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, kənd və kəndarası yolların təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda vətən müharibəsi iştirakçısı ilə görüş təşkil olunmuşdur.

Qax rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər