Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Nizami Məmmədov

 Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Nizami Məmmədov









Cənab Əhməd Əhmədzadə və icra başçısı Vilyam Hacıyev çox gözəl bilir ki, Nizami müəllim o xarakterdə biri deyil


İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovdur.

İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı belə münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar İmişli əhalisi tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Nizami Məmmədov rayon əhalisi tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Həmin şər atdığınız adam millətimizin yetişdirdiyi, prespektivli ziyalılardan biridir. Şər atdığınız adam sıradan bir şəxs deyil, bir rayonun iqtidarda olan Suvarma Sistemləri idarəsinin rəisidir. Bəli, yaşının o həddi olmasa da, əsl el-oba adamıdir, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlıdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Möhtərəm həmkarlarım, elə yazın ki, sonradan yazdıqlarinıza görə peşiman olmayasınız!!!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər